Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:11

Kreml yenə üçtərəfli görüşün olacağını bildirir


Moskvada üçtərəfli görüş. 11 yanvar 2021
Moskvada üçtərəfli görüş. 11 yanvar 2021

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə görüşü gözlənir.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş ötən il Qarabağ müharibəsindən sonra - noyabrın 9-da (10-da) imzalanan üçtərəfli razılaşmanın ildönümü məqsədilə Rusiya prezidentinin təşəbbüsü ilə keçirilir.

Açıqlamaya görə, görüşdə üçtərəfli razılaşmanın gedişatı, regionda bundan sonra sabitliyin gücləndirilməsi və sülhün bərpası məsələləri müzakirə olunacaq. Məlumatda o da vurğulanır ki, görüşdə iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri əsas diqqət mərkəzində olacaq.

Bildirildiyinə görə, V.Putinin İ.Əliyev və N.Paşinyan ilə təkbətək görüşü də nəzərdə tutulur.

Bundan əvvəl oktyabrın sonlarında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmamışdı.

De Vaal: 'Ölümlərin şahidi olduq... Tərəflər özlərinə sual versin: Bacarırıqmı?'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Daha sonra dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşünün gerçəkləşəcəyi açıqlandı. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG