Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Rusiya Ukraynanın hücumunun qarşısını aldığını deyir. Kiyev təkzib edir


Belqorod vilayəti
Belqorod vilayəti

Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk bölgəsində “genişmiqyaslı” hücumu dəf etdiyini bildirib. Kiyev isə xəbəri təkzib edərək, bunu “dezinformasiya” adlandırıb, çoxdan gözlənilən əks-hücum əməliyyatına başladığını təkzib edib.

Prezident Volodimir Zelenski iyunun 3-də “The Wall Street Journal” qəzetinə Ukrayna qüvvələrinin əks-hücuma hazır olduğunu demişdi. Ancaq Rusiyanın iyunun 5-də səsləndirdiyi iddianı Ukrayna ordusu tərəfindən təkzib edib.

Saxta məlumatlar

Ordu bildirir ki, Rusiya iddia edilən əks-hücumla bağlı məlumatda "digər saxta materiallarla yanaşı" köhnə video və şəkillərdən də istifadə edib. Rusiya rəsmiləri Ukraynanın bu hücumda ağır itkilər verdiyini bildirib. Açıqlamada deyilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov Rusiyanın müdafiəsinə şəxsən nəzarət edib.

Ukrayna ordusu son 24 saatda ölkənin şərqində və cənubunda yeni toqquşmaların olduğunu açıqlayıb.

Silahlı Qüvvələrin Baş Qərargahının iyunun 5-də yaydığı məlumatda deyilir ki, ölkənin şərqində və cənubunda döyüşlər davam edir, son 24 saat ərzində ukraynalı müdafiəçilər Rusiyanın 29 hücumunu dəf edib. Rusiya qüvvələri Xarkov, Luqansk və Donetsk vilayətlərində uğursuz hücum əməliyyatları keçirib, hərbi və mülki hədəflərə fərq qoymadan hava, eyni zamanda artilleriya zərbələri endiriblər. Toqquşmalar qismən Rusiyanın işğalı altında olan cənub bölgələrində, Zaporojye və Xersonda davam edib, Ukrayna ordusu qeyd edir.

Xarkov

Bu arada Ukrayna tərəfdən Rusiyanın Belqorod bölgəsinə yeni hücumlar olunduğu bildirilib. Kiyev Rusiya “sabotajçıları”nın Xarkov ərazisinə girmə cəhdinin qarşısını aldığını açıqlayıb. Ukrayna ordusu şərqi Xarkov vilayətinə Rusiyanın “təxribat və kəşfiyyat” qrupu keçirmək cəhdi aşkarladığını və bunu dəf etdiyini bildirib.

Xarkov vilayəti son günlər döyüş xəbərlərinin çox gəldiyi Rusiyanın Belqorod vilayəti ilə həmsərhəddir.

İyunun 4-də Rusiya Müdafiə Nazirliyi “ukraynalı terrorçulardan ibarət təxribat-kəşfiyyat qrupunun” sərhədə yaxın Belqorod vilayətindəki Novaya Tavoljanka qəsəbəsinə daxil olma cəhdinin dəf olunduğunu açıqlayıb. “Düşmənə artilleriya zərbəsi endirilib və onlar geri çəkilib”, – məlumatda deyilir.

Ukrayna Quru Qoşunlarının komandanı, general Aleksandr Sırski iyunun 5-də qüvvələrinin Baxmut yaxınlığında irəliləməyə davam etdiyini bildirib. “Biz irəliləməyə davam edirik”, – Sırski Teleqram üzərindən verdiyi açıqlamada bildirib.

Belqorodda baş verənlər

İyunun 4-də Belqorod vilayətinin qubernatoru əsir mübadiləsi danışıqlarına gəlməyib, bundan sonra anti-Kreml döyüşçüləri bir neçə rusiyalı əsgəri əsir götürərək, Kiyevə təhvil verdiklərini elan ediblər. Yeni toqquşmaların bundan sonra baş verdiyi bildirilir.

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ilə sərhəd bölgədə qarşıdurmaların olduğunu və bəzi əsgərlərin ukraynayönlü Rusiya döyüşçüləri tərəfindən əsir götürüldüyünü etiraf edib.

Qladkov daha əvvəl sərhəd yaxınlığında döyüşçülərlə görüşəcəyini söz verib. O, əsir mübadiləsi məsələsinin müzakirə ediləcəyini, “onların təhlükəsizliyinə zəmanət verəcəyini” deyib. Lakin anti-Kreml döyüşçüləri qubernatorun görüşə gəlmədiyini və əsirləri Ukrayna hökumətinə təhvil verəcəklərini bildiriblər.

Hadisələri müstəqil yoxlamaq mümkün olmayıb.

Özünü Rusiya Könüllülər Korpusu (RKK) adlandıran təşkilat Teleqram üzərindən açıqlama yayaraq, iddialarını dilə gətirib və ikisi xəstəxana çarpayısında olmaqla 10-12 rusiyalı əsgərin əsir saxlanıldığını əks etdirən video yayıb.

İyunun 4-də Ukrayna rəsmiləri mərkəzi Dnepr şəhərinə Rusiyanın endirdiyi aviazərbədə 2 yaşlı uşağın həlak olduğunu açıqlayıb. Paytaxt Kiyevdəki hava hücumundan müdafiə sistemlərinin isə Rusiya dronlarını vurduğunu bildirib.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Serhıy Lısakın sözlərinə görə, iyunun 3-də axşam saatlarında Rusiya hərbçilərinin Dnepr şəhərinin yaşayış məntəqəsinə hücumu nəticəsində beşi uşaq olmaqla 22 nəfər yaralanıb.

XS
SM
MD
LG