Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

İran raketləri Rusiyanın dadına çatır: 'Fateh-110', 'Zolfağar'


Fateh 110 raketi
Fateh 110 raketi

Ukraynalılar tez-tez Rusiyanın İrandan aldığı kamikadze dronlarının səsinə oyanırlar. Rusiya bu dronlardan Ukraynanın mülki infrastrukturunu dağıtmaq üçün istifadə edir. İndi isə Rusiya dronlardan əlavə İrandan aldığı ballistik raketlərdən də yararlanmağa başlayıb.

Ucuz və effektiv “Şahed-136” və “Şahed-131” "kamikadze" dronları artıq Ukraynaya çox ziyan vurub.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

“Fateh-110”

ABŞ kəşfiyyatının hesablamalarına görə, Rusiya tezliklə İrandan aldığı intihar dronlarını və özünün kruiz və ballistik raketlərini İranın güclü qısamənzilli “Fateh-110” və “Zolfağar” ballistik raketləri ilə əvəzləyə biləcək.

Kremlin hava silahları sarıdan korluq çəkdiyi zamanda bu raketlər onun bahalı hava kampaniyasını davam etdirməsində rol oyana bilər.

“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə eksperti Ceremi Binni deyir ki, daha çox raket Rusiyaya "Ukraynanı bombalamağı davam etdirmək imkanı verəcək”.

İlk dəfə 2001-ci ildə təqdim olunan, 300-500 kilometr mənzilli “Fateh-110” 1980-ci illər istehsalı ağır artilleriya raketindən düzəldilib. Silahın dəqiqliyini artırmaq üçün ona yönəldici sistem və hərəkət edə bilən qanadlar qoşulub. Bu, hədəfə yaxınlaşdığı zaman onun idarə edilməsinə imkan verir.

“Zolfağar”

2016-cı ildə təqdim olunan “Zolfağar”ın da yönəldilmə imkanları var. O da “Fateh-110”la eyni ailədəndir, ancaq ondan xeyli uzaq məsafələri qət edə bilir.

Binni deyir ki, “Zolfağar”dan Suriyanın şərqində “Islam Dövləti” ekstremist təşkilatına qarşı istifadə edilib və onun azı 650 kilometr məsafə qət edə bildiyi sübuta yetirilib. “Bu, İranın taktiki raket proqramının illər ərzində nə qədər irəli getdiyini nümayiş etdirir”, – o deyir.

İranın iddiasına görə, daha uzaq – 700 kilometrlik məsafəni qət edə bilən “Zolfağar” Rusiya ərazisindən atılaraq Ukraynanın qərbindəki Lvov şəhərini vura bilər. Ondan daha güclü “Fateh-110”sa Lvovu Belarusdan vura bilər. Rusiya Belarus ərazisindən hücumlar üçün platsdarm kimi istifadə edir.

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Yük maşınlarına uyğunlaşdırılmış sistemlər

Binni deyir ki, Rusiyanın İrandan raket sistemləri almağı planlaşdırmasının hər hansı əlaməti görünməsə də, Rusiya ordusu bu raketləri əlindəki mövcud avadanlıqla birlikdə işlədə bilər. Çünki İranın raket sistemləri köhnə sovet sistemləri əsasında dizayn edilib.

"Ruslar kənarda atılıb qalan köhnə avadanlığı qısa zamanda raket sistemlərinə çevirə bilərlər”, – Binni deyir.

Onun sözlərinə görə, İran sovet sistemlərini yük maşınlarına uyğunlaşdırıb; bu isə mobilliyi və kamuflyajı təmin edir.

"Bu mülki yük maşınlarının üstü örtülərkən onların raket sistemləri olduğunu təyin etmək çətin olur”, – Binni deyir.

İran hərbi dronları artıq aylardır ki, Ukraynada hədəfləri bombalayır. İranın “Şahed-136” və “Şahed-131” dronları kustar materiallardan hazırlandığından çox güclü səsə malikdir. Buna görə onları “otbiçən” və “moped” adlandırırlar. Ancaq yavaş və alçaqdan uçan, hədəfə çırpılmaq üçün dizayn olunan bu dronlar həm qiymət, həm də hərbi effektivlik baxımından özlərini doğruldur.

Kiçik atıcı silahlarla vurulan dronlar

Ukrayna Rusiyanın İrandan 2400 intihar dronu sifariş etdiyini, ordusunun çox sayda bu cür dronu vurduğunu iddia edir. Ukrayna ordusu bu dronları adi təyyarə əleyhinə silahlarla və hətta kiçik atıcı silahlarla vurduğunu bildirir. Ancaq bu dronları çox zaman maskalanmış yük maşınlarından beş-beş göndərmək mümkün olduğundan onlar hədəfə çata bilirlər. Bəzən onların hamısını vurmaq olmur və ən azı biri hədəfə çatır.

“Şahed-136”nın qət etdiyi məsafələr dəyişir. Ancaq İran onun 2500 kilometrədək məsafə qət edə bildiyini iddia edir. Ondan daha kiçik və daha köhnə “Şahed-131”dən Yəməndə huti üsyançılar Səudiyyə hədəflərini vurmaq üçün istifadə ediblər. Ukrayna ordusunun apardığı hesablamalara görə, bu dron 900 kilometrlik məsafəni qət edə bilir.

Son həftələrdə Ukrayna Müdafiə Nazirliyi dəfələrlə vurulmuş “Şahed-136” dronlarının şəkillərini yayımlayıb. Ukrayna Milli Qvardiyası oktyabrın 19-da bir “Şahed-131” dronu vurduğunu iddia edib.

“Mojer-6”

Ukrayna İran istehsalı, 200 kilometr məsafə qət edə bilən və daha qabaqcıl dron sayılan “Mojer-6” dronunu vurduğunu bildirir. Bundan başqa Rusiyanın İrandan “Şahed-129” və “Şahed-191” döyüş dronları almaqda maraqlı olması barədə xəbərlər var.

Bütün bunlardan başqa Ağ Ev oktyabrın 20-də İranın artıq Moskvanın Ukraynada apardığı müharibədə “birbaşa döyüşdə” iştirak etdiyini, bunun üçün İslam İnqilab Keşikçiləri Korpusuna aid “nisbətən kiçik” bir dəstə göndərdiyini bildirib.

İran Rusiyaya döyüş dronları göndərdiyini, Moskva isə İran PUA-larından istifadə etdiyini danıb.

Vurulan İran dronlarının görüntüləri onların Rusiya dronu kimi görünməsi üçün etiketləndiyini göstərir. “Şahed-131”lərin üzərində kiril əlifbası ilə “Geran-1”, “Şahed-136”-ların üzərində isə “Geran-2” yazılır.

Seriya nömrələrinin şrifti...

Müşahidəçilərsə Rusiyanın təkziblərinə inanmırlar. Onlar vurulan dronların ta seriya nömrələrinin şriftinədək eyni olduğunu deyirlər. Hətta Rusiya Müdafiə nazirliyinin ekspertləri belə dronların İran istehsalı olduğunu etiraf ediblər.

Ancaq Rusiyanın İran dronlarının adını dəyişdirməsi onu göstərir ki, Rusiya onları öz ərazisində də istehsal edə və ya yığa bilər, yaxud da artıq bunu edir.

Bu yeni hava silahları Rusiyanın şərqi və cənubi Ukraynada cəbhə xəttindən uzaqda yerləşən hərbi və mülki obyektləri vurmaq hədəfinə yaxşı cavab verir. Oktyabrın 8-də aerokosmik qüvvələrinin keçmiş komandiri polkovnik Sergey Surovikin hərbi əməliyyatlara rəhbərlik tməyə başlayıb.

Surovikinin təyinatından cəmi bir neçə gün sonra Rusiya fevraldan bəri ən böyük hava hücumunu həyata keçirib. Moskva Ukrayna boyu şəhərlərdə mülki ərazilər və infrastrukturun hədəfə alınmasını Kerç körpüsünün partladılmasına cavab kimi qələmə verib.

XS
SM
MD
LG