Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:00
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Avropa Şurası Rusiyanı təmsilçilik hüququndan məhrum edir

Avropa Şurasının Nazirlər Kabineti Rusiya Federasiyasını bu qurumda və Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum edib.

Dərhal qüvvəyə minən bu qərarda deyilir ki, bu addım Rusiyanın Ukraynaya hərbi hücumuna görə atılıb.

Fevralın 25-də qəbul olunmuş bu qərar o deməkdir ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurasının, insan haqları da daxil müvafiq konvensiyalarının tərəfi olaraq qalır.

Bu da əlavə edilir ki, Rusiya Federasiyasının Avropa İnsan Haqları Məhkəməsindəki hakimi də məhkəmənin üzvü olaraq qalır və Rusiyaya dair daxil olan ərizələrə baxılması və onlar barədə qərarlar çıxarılması davam etdirilir.

Bu da deyilir ki, söhbət son qərardan yox, müvəqqəti tədbirdən gedir və kommunikasiya xətləri açıq saxlanır.

Zelenski Putinə danışıqlar təklif edib. Kreml Minskə nümayəndə göndərməyə hazırdır

"Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR və DXR-ə yardım, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir". Ətraflı

Kiyevə raket zərbələri endirilir

Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir. Ətraflı

Davamı

XS
SM
MD
LG