Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

“Yüzlərlə saxta Çernobıl əlili var” 


Çernobıl əlliləri dərdlərini "Qaynar xətt"ə danışır
Çernobıl əlliləri dərdlərini "Qaynar xətt"ə danışır

►"Kim pul verir, ona maşın, ev, torpaq verirlər"

Çernobıl əlilləri cəmiyyətin sədrini günahlandırır, sədrsə ittihamları əsassız sayır

“Saxta sənəd satılır, mənzillər mənimsənilir, əlillərə çatacaq ərzaqlar da həmçinin... Hökumətdən birinci istəyimiz odur ki, Çernobıl Əlilləri Cəmiyyətində araşdırmalar aparılsın. İkincisi istəyimiz də odur ki, Çernobıl əlillərinə sahib çıxsın”.

Çernobıl əlilləri Çernobıl Əlilləri Cəmiyyətinin fəaliyyətinin araşdırılmasını tələbi ilə Baş Prokurorluğa müraciət ediblər. Fizuli Baxışov, Əzim Həşimov, Elxan Məmmədov və Tapdıq Babayev AzadlıqRadiosuna danışırlar ki, Çernobıl hadisələrindən 30 il keçməsinə baxmayaraq, həmin hadisələrin zərərçəkəni kimi dövlət tərəfindən heç bir qayğı görməyiblər.

Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

“EVLƏRƏ QİYMƏT QOYUB SATIR”

2-ci qrup Çernobıl əlili Elxan Məmmədov:

“Gördüyümüz bu olub ki, Çernobıl Əlilləri Cəmiyyətini bazara çeviriblər. Cəmiyyətin sədri Mirhəsən Həsənovun və yaşadığımız Sumqayıt şəhərindəki şöbəsinin sədri Bəylər Hacıyevin fəaliyyəti araşdırılsın. Çernobıl əlillərinə cəmiyyət tərəfindən verilən vəsiqələri bizə pulla satıblar. Həyatda ömürlük sağlamlıqlarını itirən insanlardan üzvlük haqqı yığırlar. Bu, heç insanlığa da sığmaz. Mirhəsən Həsənov şəxsən mənə zəng edib hədə-qorxu gəlir ki, ondan şikayət yazdığıma görə məni cəmiyyətin üzvlüyündən azad edəcək, ev növbəsindən çıxaracaq. Çernobıl Əlillər Cəmiyyətini dədə mülkü kimi idarə edirlər”.

1-ci qrup Çernobıl əlili Füzuli Baxışov:

“Gəlib mənim yaşadığım kirayədə qaldığım evin şəraitinə baxın. Orada heç sağlam insan yaşaya bilməz. 30 ildir Çernobıl əlili kimi ev növbəsindəyəm. Mirhəsən Həsənov dövlətin bizə verdiyi evlərə qiymət qoyub satır. Sumqayıt şəhəri, 12-ci mikrorayonda inşa olunmuş 12 mərtəbəli binada 10 nəfər Çernobıl əlilinə verilən evlərdə araşdırma aparılarsa, bütün saxtakarlıqlar üzə çıxar. Həmin binada ev bölgüsü növbəylə yox, pulla satılıb. Cəmiyyətə ayrılmış və “Stansiya Sumqayıt” deyilən ərazidəki 1 hektar torpaq sahəsində hansısa dövlət məmurunun mal-qarası otarılır. Bizdə olan məlumata görə, Cəmiyyətin nəzdində dövlət tərəfindən əlillərə kömək məqsədi ilə mebel mağazası, mebel təmir yeri və maşın təmirinə dövlət tərəfindən yer verilib. Həmin obyektlərdə mənimsənilib”.

3-4 NƏFƏRİN QAZANC YERİ?

Əlillərin deməsinə görə, Mirhəsən Həsənov və Bəylər Hacıyev Çernobıl hadisələrinə aidiyyəti olmayan bir nəfərə Slavutiç tikintisinin iştirakçısı olduğunu təsdiqləyən saxta sənəd düzəltməklə, ona Saray qəsəbəsində Çernobıl əlilləri üçün ayrılmış torpaq sahəsindən 6 sot torpaq satıblar. Əlillər iddia edirlər ki, başqa bir şəxsə Slavutiç şəhərinin tikintisinin iştirakçısı olduğunu təsdiqləyən saxta sənəd düzəldərək ona prezident təqaüdü düzəldiblər.

2-ci qrup Çernobıl əlili Əzim Həşimov:

“Qürbət, Fuad, Fizuli və adlarını sadaladıqca bitməyən nə qədər adama saxta sənəd verərək Çernobıl əlili kimi təqaüdə çıxarıblar. Elə insanlar var ki, Çernobıl hadisələrinə aidiyyəti olmasa da, saxta əlillik sənədləri əldə edərək bizim adımıza tikilən evlərdə oturublar. Bir sözlə, Çernobıl Əlilləri Cəmiyyəti 3-4 nəfərin qazanc yerinə çevrilib”.

“BOŞ SÖHBƏTLƏRDİR”

Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənovsa razılaşmır. Əvvəlcə saxta vəsiqə ittihamına münasibət bildirir:

– Əvvəla, onlardan ikisi Cəmiyyətin üzvüdür – Elxan Məmmədov və Füzuli Baxışov. Digər ikisi Cəmiyyətin üzvü deyil. Elxan Məmmədovsa 2012-ci ildən üzvlük haqqı ödəmir. Səsləndirdikləri ittihamların heç bir əsası yoxdur. İctimai təşkilatın hər hansı sənədin verilməsinə, kiminsə mənzil, avtomobil növbəsinin sənədləşdirilməsində heç bir səlahiyyəti yoxdur. Saxta vəsiqə, sənəd məsələsinə gəlincə, ictimai təşkilatın vermiş olduğu sənədin heç bir hüquqi gücü yoxdur, dövlət orqanları üçün hüquqi sənəd hesab edilə bilməz. Əlillərin qeydiyyatının aparılması, onların mənzil, maşın növbəsinə götürülməsi, imtiyazların şamil olunması – bütün bunları dövlət orqanları olan müvafiq nazirliklər həyata keçirir. Biz kimik ki, kimisə ev növbəsinə qoyaq, ev növbəsindən çıxaraq? “Saxta əlil” nə deməkdir? Biz nə Çernobıl iştirakçılarını qeydiyyata götürən, nə də onlara əlillik təyin edən orqan deyilik. Əlillərin problemlərini dövlət qarşısında qaldıran bir ictimai təşkilatıq.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

– Daha bir ittihama görə, Cəmiyyətin nəzdində dövlət tərəfindən əlillərə kömək məqsədi ilə mebel mağazası, mebel təmir yeri və maşın təmiri üçün yer verilib. Həmin obyektlər sizin tərəfinizdən mənimsənilib...

– O obyektlər hansı ünvandadır, şəxsən mən tanımıram. Bəlkə onlar tanıyırlar, gəlsinlər, gedək, birlikdə baxış keçirək. Görək, ümumiyyətlə, dövlət tərəfindən Çernobıl əlillərinə belə yerlər ayrılıbmı? Boş söhbətlərdir.

– Çernobıl əlillərinə Saray qəsəbəsində ayrılmış 1 hektar torpaq sahəsinin satıldığını da deyirlər.

– O torpaq sahəsi boş-boşuna qalıb orda. Bizə kənd təsərrüfatı ilə məşğul olmağa ayrılsa da, buna imkanımız yoxdur. Mən o adamlara təklif edirəm, istifadə etmək istəyirlərsə, buyursunlar, gəlib götürüb əkib becərsinlər. Cəmiyyətin üzvlərində o torpaqlarda əkinçiliklə, heyvandarlıqla məşğul olmaq imkanı yoxdur.

Mirhəsən Həsənov deyir, ittifaq 26 il əvvəl yaranıb və 4 min 609 üzvü var. Bu ilin aprelində Çernobıl hadisələrinin 30 illiyi ilə əlaqədar cəmiyyət növbəti dəfə hökumət qarşısında Çernobıl əlillərinə imtiyazların artırılması, mənzil, avtomobillə təmin olunmaları ilə bağlı vəsatət qaldırıb.

Mirhəsən Həsənovun deməsinə görə, İttifaqın yalnız belə vəsatətlər qaldırmaq hüququ var. Bu tələblərin yerinə yetirilib-yetirilməməsi, yaxud hansı formada yerinə yetirilməsi onların səlahiyyətinə aid deyil.

Buna da bax: Çernobl hadisələri "likvidatorlar"ın yaddaşında

Çernobıl hadisələri "likvidatorlar"ın yaddaşında
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG