Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:24

Vəkili Saakaşvilinin səhhətinin son dərəcə pisləşdiyini deyir


Mixeil Saakaşvili Rustavi həbsxanasında
Mixeil Saakaşvili Rustavi həbsxanasında

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili onun səhhətinin “dramatik şəkildə” pisləşdiyini bildirib.

Vəkil bildirib ki, reanimasiya həkimləri ötən gecə onu süni tənəffüs maşınına qoşmalı olublar.

Saakaşvilinin həbsxanada keçirdiyi aclıq aksiyası 25-ci gününə daxil olub.

Vəkil Dito Sacaqlişvili oktyabrın 25-də deyib ki, indiki vəziyyəti nəzərə alınarsa, Saakaşvilinin yenidən süni tənəffüsə ehtiyacı ola bilər:

"Həkim konsiliumunun da gəldiyi qərara görə Saakaşvili aclığın elə bir mərhələsindədir ki, onun səhhəti istənilən an kəskinləşə bilər. Buna görə də təcili tibbi müdaxilə gündəlikdə qalır”.

Beş gün əvvəl Sacaqlişvili demişdi ki, keçmuiş prezident həkim müdaxiləsinə razılıq versə də, aclıq aksiyasını davam etdirəcəyini bildirib.

Oktyabrın 19-da həbsxanada Saakaşviliyə baş çəkən bir qrup həkim onun xəstəxanaya köçürülməsini tövsiyə etmişdi.

Bütün ittihamları rədd edir

Saakaşvili oktyabrın 1-də səkkiz illik mühacirətin ardınca Gürcüstana qayıtdığını elan edəndən az sonra həbs olunub.

O dərhal aclıq aksiyası elan edib və tərəfdarları Tbilisidə onun azad olunmasını tələb edən izdihamlı mitinq keçiriblər.

53 yaşlı Saakaşvili bildirir ki, ona qarşı sərhədin qanunsuz keçilməsinə dair ittiham siyasi motivlidir.

Keçmiş prezidentin Rustavi həbsxanasında saxlanması Gürcüstandakı siyasi böhranı dərinləşdirib.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub.

O 2018-ci ildə qiyabi şəkildə üst-üstə 9 il müddətinə azadlqıdan məhrum edilib.

Hazırda ona qarşı iki cinayət işi var. Saakaşvili özünə qarşı bütün ittihamları rədd edir.

XS
SM
MD
LG