Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Sahibkarları pulları qədər, riskləri də fərqləndirirsə...


İşadamı
İşadamı

-

Bu gün - iyunun 11-də Vergilər Nazirliyi «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinin tətbiqinə başlayıb. Sözügedən məsələ ayrılıqda hər dövlət qurumunun nəzarət sahəsi baxımından sahibkarların hansı meyarlarla risk qrupuna bölünməsini şərtləndirir. 2014-cü ilin əvvəlindən qüvvədə olan «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi» Qanununa görə, Azərbaycanda sahibkarlar yaratdıqları risklərlə (sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına zərərin vurulması ehtimalı ilə) bağlı yüksək, orta və aşağı risk qruplarına bölünməlidir. Yoxlamalar da məhz bu qruplara uyğun - yüksək risk qrupunda, ən çoxu, ildə bir dəfə, orta risk qrupunda – iki ildən bir, aşağı risk qrupundasa üç ildən bir aparılmalıydı.

«MEYARLAR TƏSDİQLƏNMƏYİBSƏ...»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bu qanunun işləmədiyinə təəssüflənir: «Axı qanunun tələbinə görə, hər bir yoxlayıcı dövlət orqanı nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarını təsdiqləməliydi. Meyarlar təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə yoxlama apara bilməz. Meyarlarsa hələ də təsdiqlənməyib».

Bu qanunun tətbiq dairəsinə (yoxlamalarla bağlı bəzi ümumi maddələr istisna edilməklə – red.) aid olmasa da, Vergilər Nazirliyinin yoxlayıcı dövlət qurumu kimi, vergidən yayınan vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün 2014-cü il iyunun 1-dən «Vergidən yayınma risklərinin idarə olunması» (Tax Risk Managment) alətindən yararlandığını xatırladan ekspert deyir: «Daha bir il öncədənsə nazirliyin apardığı səyyar vergi yoxlamaları risk modelləri əsasında müəyyənləşdirilir. Risklərin 10-dan çox təsnifatından yararlanan nazirlikbaza məlumatlarına dayanaraq, risk faktorlarının avtomatik şəkildə yoxlanılmasını, uyğun ballarla qiymətləndirilməsini, nəticələrin risk səviyyələrinə görə qruplaşdırılmasını həyata keçirir. Aydınlıq üçün deyim ki, burada risk deyərkən, vergi ödəyicisi dövriyyəsinin eyni sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri göstəricisinin orta səviyyəsindən kənara çıxması, son 3 təqvim ilinin müqayisəsində vergi ödəyicisinin göstərdiyi zərərin səviyyə artımı, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə əlaqədar xərclərin artım tempinin gəlirlərin artım tempi ilə müqayisədə üstünlüyü və s. hallar nəzərdə tutulur».

ƏSASSIZ VERGİ YOXLAMALARININ ÖNÜ KƏSİLƏCƏK?

Vergilər Nazirliyinin «Risklərin vahid mərkəzdən idarə edilməsi» alətinə gəlincə, ekspert bildirir ki, burada diqqətçəkən başlıca məqam - mərkəzləşdirilmiş qaydadarisk qiymətləndirməsinə uyğun kameral, səyyar vergi yoxlamaları və ya operativ vergi nəzarəti tədbirindən birini seçmək hüququdur: «Ümid edək ki, bu, yerli vergi orqanlarının əsassız vergi yoxlamalarının qarşısını alacaq. Nazirliyin bu addımı, prinsipcə, sahibkarlıq sahəsində vergi yoxlamalarının vahid qayda və prinsiplər təməlində aparılmasına hesablanıb».

XS
SM
MD
LG