Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:49

Keçmiş attaşe 6 il azadlıqdan məhrum edildi


Pullar internet üzərindən müxtəlif oyunlara yönləndirilib.
Pullar internet üzərindən müxtəlif oyunlara yönləndirilib.

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirliyin 347 min manat puluna görə cəzalandırılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

İyunun 5-də çıxarılan hökmə əsasən, Osmanov Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə - külli miqdarda vəsaiti mənimsəməkdə təqsirli bilinib. Həm istintaq, həm də məhkəmə getdiyi dövrdə azadlıqda olan keçmiş attaşe məhkəmə zalında həbs edilib.

2021-ci ilin fevralından 2022-ci ilin mayına qədər Koreyada çalışmış 35-yaşlı Osmanov səfirliyin pullarını internet üzərindən mərc və s. qumar oyunlarına yönəltməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, Osmanov səfir Rəmzi Teymurovun möhürləyərək təsdiqlədiyi ödəniş tapşırıqlarını banka təqdim edib, nəticədə hesaba pullar köçürülüb. Həmin pullar internet üzərindən müxtəlif oyunlara yönləndirilib. Halbuki o vəsaitlər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan pullar olub.

Peşman olduğunu deyir

Məhkəmədə Osmanov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb, 2022-ci ilin fevralından Koreya səfirliyinə maliyyə məsələləri üzrə attaşe təyin olunub: "Həmin ilin may ayından məndə oyunlara asılılıq yaranmağa başladı. Sözlə ifadə olunmayacaq dərəcədə peşmanam...".

Osmanov məhkəmədə onu da bildirib ki, vurulan ziyandan 77 min dollar ödəyib. Onun sözlərinə görə, vurduğu ziyanın qalan hissəsini də qaytarmağa çalışırdı.

XS
SM
MD
LG