Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:16

Andreas Gross: "Səməd Seyidovun vəzifəsi..."


Andreas Gross
Andreas Gross

►"Bu vəzifə Seyidova qərarlara və sənədlərə təsir etmək üçün əlavə səlahiyyət vermir"

Cəmi üç ay əvvəl, iyunda Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı tənqidi qətnaməsindən sonra ölkə rəsmiləri qurumdan çıxmaq barədə bəyanatlar səsləndirirdilər, sentyabrın 28-də isə Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA Monitorinq Komitəsinin vitse-prezidenti seçildi.

Bakıda bəziləri üçün bu, qurumun Azərbaycanla münasibətinin yumşalması kimi yozulsa da, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross bu fikirlə razılaşmır.

Gross bildirir ki, Seyidovun yeni vəzifəsi qətiyyən AŞPA və Azərbaycan arasında münasibətlərin istiləşməsi və ya qurumun ölkəyə güzəşti kimi qəbul oluna bilməz:

“Qətiyyən belə deyil, bu iki məsələnin bir-birinə aidiyyəti yoxdur”.

Buna da bax: Güllə atılan kimi erməni nazir qaçdı- [Video]

Gross deyir ki, Seyidovun seçilməsi Azərbaycanla bağlı deyil, onun namizədliyini mənsub olduğu Avropa Mühafiəzarlar Qrupu irəli sürüb, digər deputatların bu qərarla əlaqəsi yoxdur:

“Monitorinq Komitəsində doqquz sədrlik və 27 vitse-sədrlik yeri olur və bu yerlər beş qrup arasında bölüşdürülür”.

AŞPA-nın mətbuat xidmətinin əməkdaşı Angus Macdonald “Seyidovun yeni vəzifəsi o deməkdirmi ki, AŞPA Azərbaycan hökumətinə qarşı tənqidi mövqeyini yumşaldıb” sualının cavabında deyir:

“Bu sualı kimdən soruşursuz? Assambleyanın 324 üzvü var, onların da hər birinin öz fikri. Yeri gəlmişkən, Assambleyanın Azərbaycanla bağlı ən son rəsmi mövqeyi iyunda qəbul olunmuş qətnamədə əks olunub”.

AŞPA-nın Latviyadan olan üzvü Boriss Cilevičs bildirir ki, vitse-prezidentlik vəzifəsinə namizəd qrup daxilində müəyyənləşir, səsvermə isə formal olur. Adətən kimin namizədliyi irəli sürülürsə, o da seçilir.

Boriss Cilevičs deyir ki, vitse-prezidentlik vəzifəsinin əhəmiyyəti şişirdilməməlidir:

“Vitse-prezidentlik postu heç də AŞPA-nın ən nüfuzlu vəzifələrindən biri deyil. Vitse-prezidentin digər deputatlardan üstün heç bir hüququ yoxdur, prezident iclasda iştirak etməyəndə, onu əvəz edir və iclası idarə edir, bu zaman o, debatlarda iştirak etmir və səsvermə hüququ yoxdur. Odur ki, bu vəzifə Seyidova qərarlara və sənədlərə təsir etmək üçün əlavə səlahiyyət vermir”.

XS
SM
MD
LG