Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:00

Səudiyyə Ərəbistanı neftə rekord endirimlər təklif edir


Neft hasilatı, arxiv foto
Neft hasilatı, arxiv foto

Səudiyyə Ərəbistanı, ölkədə istehsal olunan neftə əhəmiyyətli endirim elan edir. Bloomberg-in məlumatına görə, "Saudi Aramco" dövlət şirkəti tərəfindən istehsal olunan neftin aprel ayında tədarükü bir barrel üçün 4-6 dollar ucuzlaşacaq, ABŞ alıcıları üçün endirimlər daha da artacaq.

"Saudi Aramco" dövlət şirkəti tərəfindən istehsal olunan neftin aprel ayında tədarükü bir barrel üçün 4-6 dollar ucuzlaşacaq,

Bu addım Rusiyanın ən böyük neft ixrac edən ölkələrin yanacaq istehsalını əlaqələndirdiyi OPEC + sazişindən çıxmasına reaksiya olaraq görülür. Koronavirus infeksiyası epidemiyası səbəbindən neftə təlabatın azalması ilə əlaqədar Vyanada aparılan son danışıqlar uğursuzluqla nəticələnib.

Vyanadakı görüşdən sonra dünya bazarında neftin qiyməti təxminən 8 faiz ucuzlaşaraq bir barrel üçün 45 dollara yaxınlaşıb. Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin endirimlərlə bağlı qərarı, ehtimal ki, qiymətlərin daha da aşağı düşməsinə səbəb olacaq.

Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin endirimlərlə bağlı qərarı, ehtimal ki, qiymətlərin daha da aşağı düşməsinə səbəb olacaq.

Belə bir vəziyyət Səudiyyə Ərəbistanı kral ailəsinin bir neçə üzvünün çevriliş hazırlamaq ittihamı ilə tutulması barədə xəbərlərdən sonra baş verməkdədir.

XS
SM
MD
LG