Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:15

S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayında saxtakarlıq olub».

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Siyavuş Novruzov bu gün jurnalistlərə açıqlamasında deyib.

S.Novruzov AXCP qurultayının legitimliyini şübhə altına alıb: «Orada sədr və Məclis seçkilərində saxtakarlıq olub və bu qarşı tərəfi (Razi Nurullayev və ətrafı-AR ) alternativ qurultay keçirməyə vadar edib».

Hakimiyyətin bu məsələdə mövqeyinə gəldikdə isə, deputat bunları deyib: «Orada təşkilat prinsipləri pozulub. Məhkəmə, Ədliyyə Nazirliyi hansı tərəfi tanısa, həmin tərəf də partiya kimi tanınacaq. Ancaq biz heç bir tərəfi partiya kimi tanımırıq».

Gözəl Bayramlı
Gözəl Bayramlı

«ÖLKƏDƏ SAXTAKARLIĞIN BİR ÜNVANI VAR»

AXCP sədrinin müavini Gözəl Bayramlı isə S.Novruzovun AXCP qurultayında saxtakarlığın olması ilə bağlı dediklərini absurd və cəfəngiyat adlandırıb: «Neçə illərdir ki, hakimiyyət hər vasitə ilə AXCP-nin fəaliyyətinə mane olur. Onu siyasi arenadan çıxarmağa çalışır. Əslinə qalarsa, S.Novruzovun bu açıqlaması hakimiyyətin AXCP-yə münasibətinin göstəricisidir. AXCP heç zaman saxtakarlığa yol verməyib, vermir və verməyəcək. Ölkədə saxtakarlığın bir ünvanı var. O, da bu hakimiyyətin özüdür».

2015-c il sentyabrın 29-da AXCP növbəti qurultayını keçirib. Qurultayda Əli Kərimli partiya sədri seçilib. Bundan sonra oktyabr ayında vaxtilə AXCP-dən getmiş keçmiş sədr müavini Razi Nurullayev və tərəfdarları AXCP adı ilə başqa bir qurultay keçiriblər.

Hər iki tərəf sənədləri Ədliyyə Nazirliyinə verib. Amma bu günə kimi heç bir tərəf partiya kimi qeydə alınmayıb. Bundan sonra AXCP Ədliyyə Nazirliyinin bu hərəkətindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP-nin aidiyyəti üzrə müraciət etmədiyini əsas gətirərək işə baxmayıb. Bundan sonra isə inzibati-iqtisadi məhkəmənin mövqeyindən Bakı Apellyasiya məhkəməsinə şikayət olunub. Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.

Siyavuş Novruzov AXCP-ni partiya yox dərnək adlandırır
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG