Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:29

“Azərbaycana qarşı sanksiyaların müəllifi” bəyanat verib


Konqresmen Chris Smith
Konqresmen Chris Smith

ABŞ Helsinki Komissiyasının sədri konqresmen Chris Smith həbsxanada qalan başqa siyasi məhbuslara da azadlıq tələb edir

-

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Chris Smith Azərbaycanda 14 siyasi məhbusun azadlığa buraxılması ilə bağlı bəyanat verib.

Chris Smith bu bəyanatda “qanunsuz olaraq məhbus edilmiş şəxslərin ailələrinə qovuşmasından rahatlıq duyduğunu" bildirir.

“…lakin mən Azərbaycanda siyasi motivli ittihamlarla həbsxanada qalan bir çoxları ilə bağlı narahat olaraq qalıram” – deyilir bəyanatda.

Konqresmen bildirir ki, müstəqil seçki monitorinqi qrupunun təsisçisi Anar Məmmədli azad edilib, lakin o, heç bir vəchlə həbsxanada olmamalı idi.

Bəyanantda vurğulanır ki, Xədicə İsmayılova, İntiqam Əliyev və İlqar Məmmədov da daxil bir çoxları da azad edilməlidirlər.

“Mən hörmətli bir şəkildə prezident Əliyevdən təkcə bütün siyasi məhbusları azad etməsini deyil, həm də bütün dünyada tanınmış insan haqlarından istifadəni qadağan edən qanun və qaydaların ləğvini rica edirəm” – yazır Chris Smith.

İnsan haqları təşkilatları Azərbaycanda təxminən 100 siyasi məhbusun olduğunu bildirirlər.

14 siyasi məhbusun azad edilməsinə baxmayaraq, hökumətin tənqidçisi hesab olunan jurnalist, bloger və başqalarının yeni-yeni həbsləri davam etdirilir.

Sanksiya təhlükəsi sovuşmayıb

Helsinki Komissiyasının sədri Smith 2015-ci il, dekabrın 16-da, Azərbaycanda müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin boğulması üçün hökumət tərəfindən edilən sistematik cəhdlərə diqqət çəkən Azərbaycanda Demokratiya haqqında qanun layihəsini (Azerbaijan Democracy Act of 2015 (H.R. 4264) Konqresə təqdim edib.

Bu qanun layihəsində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinə və onlarla biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edənlərə, habelə təhlükəsizlik və ədliyyə orqanlarının nümyəndələrinə ABŞ vizasından imtina edilməsindən başqa, bir sıra maliyyə cəzalarının tətbiq edilıməsi də nəzərdə tutulur.

Bu layihədə bildirilir ki, sanksiyalar Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi istiqamətində böyük tərəqqi əldə etdikdən, habelə vətəndaş cəmiyyətinin qısnanmasına son qoyduqdan və azad ədalətli seçkilər keçirdikdən sonra qaldırıla bilər.

Konqresmen əfvi alqışlayıb, həbsdə qalanların azad edilməsinə çağırıb

ABŞ Konqresində Azərbaycan qrupunun həmsədri konqresmen Steve Cohen Azərbaycanda 148 məhbusun həbsdən azad edilməsini salamlayan bəyanat verib.

Steve Cohen
Steve Cohen

Bəyanatda deyilir ki, konqresmen azad olunanların arasında iki insan haqları müdafiəçisinin - Rəsul Cəfərovun və Anar Məmmədlinin də olmasından məmnunluq duyur, çünki onlar barəsində prezident İlham Əliyevə yazmışdı.

Cənab Cohen bildirir ki, bu, ABŞ-ın yaxın dostu və müttəfiqi olan ölkədən alınmış pozitiv xəbərdir.

Eyni zamanda prezidentin bu addımını salamlamaqla yanaşı, mən jurnalist Xədicə İsmayılovanın və insan haqları müdafiəçisi İntiqam Əliyevin də azad edilməsi üçün çağırışlarımı davam etdirirəm” – yazır konqresmen.

Steve Cohen ümid etdiyini bildirir ki, prezident Əliyev Novruz bayramı ərəfəsində onların da azad edilməsi üçün eyni addımı atacaqdır.

Konqresmen qeyd edir ki, belə bir addım ABŞ və Azərbaycan arasında strateji münasibətlərin daha da güclənməsinə xidmət edərdi.

Rəsul Cəfərov azadlıqda!
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Yadigar Sadıqov: Əfv ərizəsi yazmamışdım deyə buraxılacağıma ümid etmirdim
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG