Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:41

Yerli turizm - bu yay da qiymətlər çox bahadır


Yarıboş Nabran: 'Mövsüm başlasa da, gələn azdır'
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

Yarıboş Nabran: 'Mövsüm başlasa da, gələn azdır' (2022)

Yerli turizmlə bağlı qiymətlər bu yay da çox bahadır. İstər bölgələrdəki hotellərdə, istərsə də həm rayonlarda da, həm də Bakıətrafı bağ evlərində günlük kirayələrdə qiymətlər kəlləçarxdadır.

Regiondan və hoteldən asılı olaraq bu il qiymətlər, səhər yeməyi daxil, bir gecəlik 110 manatdan 1200 manata qədər gəlib çıxır. Orta qiymətlər isə 250-300 manat arasındadır. Günlük kirayə evlər də şəraitindən asılı olaraq 70-200 manat arasındadır. Bakıdakı bağ evlərində də qiymətlər dənizə yaxın olması, ya da həyətində hovuzunun olub-olmamasından asılı olaraq 100-350 manat arasında dəyişir. Bundan baha olanları var.

Yerli ekspertlərin fikrincə, turizm sahəsində qiymətlərin baha olmasına quru sərhədlərin hələ də bağlı qalması da təsir göstərir.

2020-ci ilin əvvəlində koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Ötən il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, bu məhdudiyyət aradan qaldırılmayıb.

Qəbələ xarici turistlə qaynayır: 'Kasıbların cibinə uyğun deyil'
Gözlə

No media source currently available

0:00 0:06:41 0:00

Dövlət Turizm Agentliyi deyir ki, təbliğat aparırlar

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hotel və mehmanxana tipli obyektlər keçən il 488.82 milyon manat gəlir əldə ediblər. Bununla da hotel sənayesi illik müqayisədə gəlirlərini 38 faiz artırıb.

Azərbaycan Beynəlxalq Bankının "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi" adlı hesabatına əsasən, 2023-cü ildə ölkədaxili turizmə 4.6 milyard manat xərclənib.

Dövlət Turizm Agentliyindən "Turan"a bildirilib ki, ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirilir: "Bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işləri aparılır. Bu da öz bəhrəsini verməkdədir".

Toğrul Vəliyev
Toğrul Vəliyev

"Seçim imkanları az, qiymətlərsə bahadır"

İqtisadçı Toğrul Vəliyev də düşünür ki, quru sərhədlərin bağlı olması səbəbindən insanların seçim imkanı azalıb: "Seçim imkanı azaldıqca qiymətlər də artır, süni inhisar yaranır. Uçuş biletləri baha olduğuna görə insanların xaricə çıxmağa imkanları azdır deyə, onlar daxili bazar imkanlarından istifadə etməyə məcbur olurlar. Buna görə daxili bazarda da qiymətlər artır, çünki alternativlərin sayı azdır".

Ekspertin fikrincə, ölkədə turizmin baha olmasının başqa səbəbi turizm infrastrukturunun azlığı ilə bağlıdır: "Mehmanxanaların sayı, mehmanxanalarda otaqların sayı, istirahət yerləri azdır. Bu da qiymətlərə müəyyən qədər təsir edir. Başqa bir faktor bahaçılıqdır. Azərbaycanda hər şey bahadır. Sahibkarlar da sadəcə bundan istifadə edirlər. Onlar, digər sahələrdəki kimi, bütün riskləri nəzərə alırlar və qiymətləri maksimum baha edirlər. Gələcəyi düşünərək maksimum mənfəət əldə etməyə çalışırlar".

Keyfiyyətə gəlincə, T.Vəliyev bildirir ki, ümumilikdə narazı qalanların faiz nisbəti çox böyük rəqəm təşkil etmir. Amma keyfiyyətlə bağlı da yetərincə suallar qalır.

XS
SM
MD
LG