Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Türkiyə hərbiyyəsi “xəbərdarlığın audiosu”nu açıqlayıb


F16 qırıcısı
F16 qırıcısı

Türkiyənin Müdafiə Nazirliyi Rusiya təyyarəsinə onu vurmazdan əvvəl verildiyi iddia olunan xəbərdarlığın səsyazmasını açıqlayıb.

Türkiyənin Müdafiə Nazirliyi Rusiya təyyarəsinə onu vurmazdan əvvəl verildiyi iddia olunan xəbərdarlığın səsyazmasını açıqlayıb.

Audioyazıda kişi səsinin ingiliscə xəbərdarlıq etdiyi eşidilir: “Siz Türkiyənin hava məkanına yaxınlaşırsınız”. “İstiqaməti dəyişin. Dərhal cənuba uçun”.

Rusiyanın bombardmançı Su-24 təyyarəsi ötən çərşənbə axşamı Suriya-Türkiyə sərhədinin yaxınlığında, Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub.

Sağ qalmış Rusiya pilotu Muraxtin F-16-dan heç bir xəbərdarlıq almadığını bildirib
Sağ qalmış Rusiya pilotu Muraxtin F-16-dan heç bir xəbərdarlıq almadığını bildirib

Təyyarənin qırıntıları Suriya ərazisinə düşüb, lakin Ankara Su-24-ün Türkiyə sərhədini keçdiyini iddia edir. Moskva qətiyyətlə bildirir ki, təyyarə Suriyanın hava məkanında atəşə tutulub.

Vurulan Rusiya təyyarəsinin pilotları paraşütlə katapult ediblər və onlardan biri, ekipajın komandiri Oleq Peşkov yerdən açılan güllələrlə öldürülüb.

Təyyarənin şturmanı Konstantin Muraxtin Rusiya ordusunun apardığı xilasetmə əməliyyatı zamanı xilas edilib.

Xilasetmə əməliyyatında Suriyanın hökumət qoşunları da iştirak ediblər.

Xilasetmə əməliyyatı zamanı Rusiyanın Mi-8 helikopteri partladılıb və bir dəniz piyadası həlak olub.

Moskva inanmır

Rusiya televiziyasına verdiyi müsahibədə Konstantin Muraxtin deyib ki, hava aydın olub və onun təyyarəsi “bir saniyə də olsa” Türkiyənin hava məkanını pozmayıb.

O həmçinin uçuş zamanı Türkiyə hərbçilərindən heç bir xəbərdarlıq almadığını vurğulayıb.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general-leytenant Sergey Rudskoy bəyan etmişdi ki, “obyektiv nəzarət sistemi Türkiyə F-16-sı pilotunun hər hansı radio və ya vizual xəbərdarlıq etdiyi qeydə alınmayıb”.

Təhlilçilər Türkiyə tərəfindən açıqlanmış audiomaterialın Moskvanı qane etməyəcəyinə inanırlar. Belə ki, bu iddia olunan xəbərdarlıqda söhbət sərhədin pozulmasından yox, ona yaxınlaşılmasından gedir.

Ankara təklənir?

Bu arada müşahidəçilər yaranmış Ankara-Moskva qarşıdurmasında Türkiyənin getdikcə təkləndiyini qeyd edirlər.

Rəsmi Vaşinqton bu insidentdə Türkiyənin tərəfində durduğunu bəyan etsə də, qarşıdurmanın Ankara və Moskva arasında çözülməli olduğunu bəyan edib.

Təyyarənin vurulmasının dərhal ardınca Rusiya prezidenti özünün kəskin bəyantında Türkiyənin ABŞ və NATO-nu da təxribata çəkdiyinə işarə etmişdi.

Buna bənzər fikirlər bir sıra Qərb mediaları tərəfindən də irəli sürülür.

Məsələn, Avstraliyanın Sidney Morning Herald qəzetinin şərhçisi təyyarənin vurulmasını “Türkiyənin təcavüz aktı” adlandırır və bildirir ki, Ankaranın hərəkəti hətta onun müttəfiqlərini də şoka salıb.

XS
SM
MD
LG