Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Türkiyədə ən çox yaşayış icazəsi alanlar türkmənlər və rusiyalılardır 


İstanbulda Türkmənistan konsulluğu qarşısında etiraz, 2020-ci il
İstanbulda Türkmənistan konsulluğu qarşısında etiraz, 2020-ci il

Türkiyədə daha yaxşı həyat şəraiti üçün yaşayış icazəsi (oturum izni) alan əcnəbilər arasında Türkmənistan və Rusiyadan gedənlər üstünlük təşkil edir.

Türkiyə Miqrasiya İdarəsinin hesabatına görə, ölkədə 1.1 milyon əcnəbinin yaşayış icazəsi var. Onlardan 109 mini tükmənistanlı, 100 min nəfəri Rusiya vətəndaşlarıdır. İraq vətəndaşları 90 min nəfərlə üçüncü, İran və Suriyadan gedənlər isə hərəsindən 79 min nəfərlə sonrakı yerləri tuturlar.

Türkmənistan vətəndaşları illərdir kütləvi şəkildə Türkiyəyə gedirlər. Bunun əsas səbəbi ölkədəki iqtisadi problemlər və atası Qurbanqulu Berdiməhəmmədovun nəzarəti altında prezident Sərdar Berdiməhəmmədovun avtoritar idarəçiliyidir.

2022-ci ildə vətəndaşlarının Türkiyəyə axınının qarşısını almaq üçün Türkmənistan hakimiyyəti Ankaradan türkmənistanlılar üçün vizasız rejimi ləğv etməsini istəyib. Türkiyə hakimiyyəti həmin ilin sentyabrda bu xahişi yerinə yetirib.

Rusiyalılar üçün qayda ləğv olundu

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğala başlayandan xeyli sayda rusiyalı ölkəni tərk etməyə başladı. Prezident Vladimir Putin 2022-ci ilin sentyabrında “qismən” hərbi səfərbərlik elan edəndən sonra onların sayı kəskin artdı.

Vizasız giriş, ev, yaxud mənzil icarəyə götürməklə oturum izni almaq imkanı Türkiyəni Rusiya vətəndaşları üçün populyar məkanlardan birinə çevirib.

Ancaq rusiyalıların kütləvi axını Türkiyə hakimuiyyətini 2022-ci ilin dekabrında bu qaydanı ləğv etməyə vadar edib. O vaxtadək rusiyalıların Türkiyədə əmlak almaq, yaxud icarəyə götürməklə oturum almasına icazə verilirdi.

Türkiyədə yaşayış icazəsi olan azərbaycanlıların sayı 68 min, Özbəkistan vətəndaşları 52 min, Qazaxıstandan gedənlər 43 min, Əfqanıstan vətəndaşları 41 min, Ukraynadan gedənlər isə 37 min nəfərdir.

Əcnəbilər arasında populyar şəhərlərə gəlincə, bu sırada İstanbul (555 min), Antalya (azı 116 min) və Ankara (azı 71 min) gəlir.

XS
SM
MD
LG