Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:52

Türkmənistanda rəsmən koronavirus yoxdur, amma 25 min nəfər ölüb


Arxiv fotosu
Arxiv fotosu

Türkmənistan xəstəliyi inkar etsə də, adamların sıx olduğu yerlərdə sərt qadağalar tətbiq edib. Üstəlik, Aşqabad iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib

Rusiyada koronavirusdan daha bir rekord ölüm

Oktyabrın 15-də Rusiyada COVID-19-dan daha bir rekord ölü sayı açıqlanıb. Son 24 saat ərzində 999 ölüm və 32 mindən çox yeni yoluxma açkarlanıb. Artıq dördüncü gündür ölkədə xəstəlikdən ölüm antirekord vurur.

Kreml artan ölü sayına görə Rusiyada vaksinasiya kampaniyasının ləng getdiyini göstərib, adamları peyvənd vurdurmağa çağırıb. Rusiyalıların çoxu hakimiyyətə və vaksinlərə inamsız yanaşır.

***

Türkmənistanın avtoritar lideri ölkədə COVID-19-a bircə yoluxmanın belə qeydə alınmadığını bildirir. Amma səhiyyə sistemindəki mənbənin AzadlıqRadiosu-nun türkmən xidmətinə dediyinə görə, artıq bu xəstəlikdən 25 min nəfərin vəfatı gizli şəkildə rəsmiləşdirilib.

“Koronavrusdan ölüm ictimaiyyətə açıqlanmasa da, hər gün vilayətlərdən Səhiyyə Nazirliyinə bu haqda məlumat verilir”, – mənbə deyib.

Keçmiş sovet respublikası olan Türkmənistan əhalisi 6 milyona yaxındır və dünyada koronavirusa yoluxmaların olmadığını bildirən azı 5 ölkədən biridir. Onlardan üçü Sakit Okeanda təcrid olunmuş adalar, dördüncüsü sərt nəzarət altında olan Şimali Koreyadır.

“Ölü sayını azaldırlar”

Türkmənistanı 2006-cı ildən idarə edən Prezident Qurbanqulu Berdiməhəmmədov ölkədə COVID-19-un olmasıyla bağlı xəbərləri “saxta” adlandırıb. O, sentyabrda BMT-də çıxışında deyib ki, pandemiya “siyasiləşdirilməməlidir”.

Mənbə isə koronavirusdan real ölümün 25 mindən çox olduğunu, tibb işçilərinin pandemiyanın miqyasını kiçiltməyə çalışdığını söyləyib.

“Regional rəsmilər qorxurlar və mərkəzə ötürdükləri məlumatlarda ölü sayını azaldırlar”, – mənbə vurğulayıb.

Türkmənistan xəstəliyi inkar etsə də, adamların sıx olduğu yerlərdə sərt qadağalar tətbiq edib. Üstəlik, Aşqabad iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib, Rusiya və Çindən vaksin tədarükü görüb.

Bu arada ABŞ və Avropanın tənzimləyici orqanları müəyyən adamlar üçün buster dozaları vaksinasiya proqramlarına salmağı və dərmanla müalicəni nəzərdən keçirir.

Buster doza tövsiyəsi

ABŞ səhiyyə müşavirlərinin oktyabrın 14-də bildirməsinə görə, azı altı ay öncə Moderna vaksini vurdurmuş bəzi amerikalılara koronavirusa qarşı qorumanı gücləndirmək üçün yarım doza buster vurulmalıdır.

Qida və Dərman Administrasiyasının (FDA) müşavir qurumu bu tövsiyəni yekdilliklə qəbul edib. Moderna vaksininin buster dozası yaşlılar, sağlıq problemləri olanlar, yaxud peşəsi və həyat şəraiti COVID-19-a tutulma riskini artıranlara tövsiyə olunur.

Moderna ilkin dozanın yarısı qədər – 50 mikroqramın gücdləndirici doza kimi bəs edəcəyini bildirib.

Bu tövsiyə məcburi deyil, amma buster kampaniyasının əlavə milyonlarla insanı əhatələməsi deməkdir.

Azı 6 ay öncə Pfizetr vaksini qəbul etmiş xeyli insana artıq buster dozalar vurulur.

Avropanın müvafiq or qanları isə AstraZeneca şirkətinin hazırladığı anticisim preparatının sürətləndirilmiş lisenziyalaşdırlmış prosesinə başladığını açıqlayıb.

Avropa Dərman Agentliyi “Evusheld” dərmanının ilkin laboratoriya və klinik tədqiqat datasının nəzərdən keçirilməsinə oktyabrın 14-də start verib.

Macarıstan, Hindistan

Macarıstan oktyabrın 14-də COVID-19-a rekord yoluxma açıqlayıb. Aşkarlanmış 1141 yeni yoluxma mayın 14-dən bəri ən yüksək gündəlik göstəricidir. 10 milyona yaxın əhalisi olan ölkədə hazırda xəstəxanalarda 742 COVID-19 xəstəsinin olduğu deyilir. Bu, iyunun əvvəlindən ən yüksək rəqəmdir.

İyulun əvvəlindən Macarıstanda pandemiya qadağaları əsasən qaldırılıb, ictimai yerlərdə maska tələbi ləğv olunub.

Ölkədə yetkin yaşlıların 66.6 faizinin tam peyvənd olunduğu bildirilir. Bu, Avropa Birliyinin ortalama 74.7 faiz göstəricisindən aşağıdır.

Bu arada Hindistan koronavirus vaksinlərinin ixracını bərpa edib. Apreldə ölkədə yoluxmalarda kəskin artım baş verəndə ixrac dayandırılmışdı. İxracın qonşu ölkələri əhatələyəcəyi, Hindistan əhalisinin böyük hissəsi peyvənd olunandan sonra artırılacağı bildirilib.

Misirdə də gündəlik yoluxma sayı artır. Gündəlik yoluxma mindən aşağı olsa da, ölkədə vaksinasiya səviyyəsi hələ 10 faizə çatmayıb. Bir kanaldan isə minlərlə istifadə olunmamış vaksin dozası tapılıb.

XS
SM
MD
LG