Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Ukrayna Gürcüstandakı səfirini geri çağırır


İqor Dolqov
İqor Dolqov

ABŞ dövlət katibi deyib ki, Rusiyanın əməllərinin istintaq məqsədi ilə sənədləşdirilməsi çox mühümdür

Ukrayna Gürcüstandakı səfiri İqor Dolqovu məsləhətləşmə üçün geri çağırır. Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

“Bizə kömək etmək istəyən könüllülərə maneəyə, sanksiyalara münasibətdə mənəviyyatsız mövqeyə görə”, – Ukrayna prezidenti videomüraciətində deyib.

Rusiyanın Ukraynaya hücumu davam edir
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Qırğızıstandakı səfir də geri çağrılıb

Zelenski Qırğızıstandakı səfirin də məsləhətləşmələr üçün çağrıldığını, buna həmin ölkənin Rusiyanın Ukraynaya təcavüzünü əsaslandırmasının səbəb olduğunu deyib.

Gürcüstan hələ 2020-ci ilin mayında Kiyevdəki səfirini geri çağırıb. Bu, Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında Milli islahatlar şurasında vəzifəyə təyin olunmasından sonra baş verib. Gürcüstanın səfiri 2021-ci ilin aprelində Kiyevə qayıdıb.

Gürcüstanın keçmiş prezidenti Saakaşvili hazırda öz ölkəsində həbsdədir.

Könüllülər Tbilisidən çıxa bilməyiblər

Rusiyanın Ukraynaya təcavüzü başlanandan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, ölkəsi milli maraqlarını nəzərə alaraq Qərbin Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarına qoşulmayacaq. Bu mövqeyinə görə minlərlə insan Tbilisinin mərkəzinə yığışaraq onun istefasını tələb ediblər.

Bu günlərdə 30-dək gürcüstanlı könüllü Ukrayna ordusunun sıralarına qoşulmaq üçün Tbilisidən çıxa bilməyiblər. Antiişğal hərəkatının lideri David Katsarava Formula televiziyasına deyib ki, hökumət onların təyyarəyə minməsinə icazə verməyib.

Saakaşvili isə bugünkü məhkəmə iclasında hakimiyyəti onu vətəndaşı olduğu Ukraynaya köçürməyə çağırıb. Dövlət vəsaitini israfçılıq maddəsi üzrə məhkəmə Tbilisidə keçirilir. “Bu təhlükəli dönəmdə məni orada gözləyirlər”, – o söyləyib.

XS
SM
MD
LG