Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Səhiyyə Nazirliyi qarşısında 'üsyan edən' qadından xəbər var


Səhiyyə Nazirliyi etiraz edən xəstəylə bağlı danışdı
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Səhiyyə Nazirliyi etiraz edən xəstəylə bağlı danışdı

Sentyabrın 22-də Azərbaycanda sosial şəbəkələrin, medianın diqqəti Səhiyyə Nazirliyinin qarşısında etiraz edən 26 yaşlı gənc qadına yönəldi. O, qaraciyər serozu olduğunu, qida borusunda varikoz genişlənmə baş verdiyini, xaricdə müalicəsinin 150 min manata başa gəldiyini deyir, amma buna imkanı çatmadığından dövlət qurumundan yardım istəyirdi. Cavabında ona müalicəsinin özəl xəstəxanalarda mümkün olduğunu söyləmişdilər.

O zaman AzadlıqRadiosuna müsahibəsində gənc qadın ən böyük arzusundan danışmış, yaşamaq, 6 yaşlı oğlunu böyütmək istədiyini demişdi. Üstündən bir aydan çox keçib. Həmin vaxt nazirliyin önündə «üsyan edən qadın» kimi təqdim edilən Nahidə Həmzəyevanın səsini eşidən, dərdinə dərman qılan oldumu?

– Evdəyəm. Müalicə etdirmirəm.

– Sonradan sizi Səhiyyə Nazirliyinə dəvət edərək danışdılarmı?

– Xeyr, çağırmadılar.

– Bəs neyləmək fikrindəsiniz?

– O zaman vəziyyətlə bağlı mətbuat konfransı keçirdik. Onda Elşad Təhməzov, Rəhim Qazıyev (keçmiş müdafiə naziri), Sərdar Əlibəyli (jurnalist) də ora gəldilər. Bu şəxslər mənə mənəvi dayaq oldular. Gözlədik, dövlətdən xəbər çıxmadı. Elşad müəllim dedi ki, gəl səni müalicəyə Almaniyaya göndərək. İndi o üzrə iş gedir. Sadəcə, buna da maneələr çıxır. Biletalınır, hər şey hazır olur, sonradan məlum olur ki, səfirlikdə hansısa qərarda nəsə dəyişiklik var. Bilet də batır... Görək də. Noyabrın 21-nə qalıb getməyimiz.

– Təxminən nə qədər vəsait lazımdır sizə?

– Vallah, onu dəqiq deyə bilmirəm. Mənim bildiyim müalicənin məbləği 150 min dollar idi. Yolpulu, orda qalmağa nə qədər lazımdır bilmirəm, bütün bunları Elşad müəllim bilir. O köməklik göstərir. Hər şey ora gedəndən sonra dəqiq bilinəcək.

– Elşad Təhməzov kimdir?

– Dövlət Sığorta İdarəsinin Cəlilabad filialının keçmiş rəhbəridir.

– Nahidə, belə çıxır ki, israrlarınıza baxmayaraq, dövlət qurumları sizə hər hansı yardım göstərmədi?

– Qətiyyən. Zəng edib soruşan da olmadı ki, halın necədir, nə istəyirdin, niyə bu oyunu çıxardırdın?

– Bu dəfə sizi daha ümidli gördüm.

– Bir az ümidlənmişəm. Artıq bilirəm ki, arxamda duranlar var, məni dinləyən, anlayan, yol göstərən kimsə var. O baxımdan çox sağ olsunlar. Bu, mənə dəstəkdir. Özünüz bilirsiniz ki, kimsəsiz kimiydim. Düzdür, anam var, atam var. Amma necə deyim... Sanki gücsüz idim. İndi az da olsa, özümü güclü hiss edirəm.

– Dediniz ki, dövlət qurumlarından sizinlə maraqlanan olmayıb. Buna görə onlardan inciyirsinizmi?

– Əlbəttə. Kim inciməz ki? Bu dövlətin vətəndaşı olaraq öz haqqımı tələb edirdim. Dövlətimin bir məmuru və ya dövlət başçımız mənə cavab vermirsə, əlbəttə, inciyirəm. Kim olsa, inciyər... Hər yerə yazmışdım, hər yerə. Mehriban xanımın qəbuluna da yazılmışdım. Getdim, oradan da bir ay vaxt istədilər. Ay bitdi, cavab gəlmədi. Nömrələr vermişdilər, zəng vurduq, açan olmadı, axırda götürəndə dedilər: «Səhv düşmüsünüz». Altı ildə yazmadığım yer qalmayıb. Heç bir reaksiya yoxdur. Sadəcə, onu dedilər ki, «Respublikanski»yə, ya da Lənkəran Mərkəzi Xəstəxanasına get. Onlar da mənim dərdimi birdəfəlik müalicə etmirlər, yüngül müalicə aparırlar. Mənimsə vaxtım gedir, gözlədikcə ömrümdən gedir.

XS
SM
MD
LG