Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Serbiya prezidenti: ‘Bizim üçün Krım, Donbas Ukraynadır’


Serbiya prezidenti Aleksandr Vuçiç
Serbiya prezidenti Aleksandr Vuçiç

Serbiya prezidenti Aleksandr Vuçiç Bloomberg saytına müsahibəsində deyib ki, rəsmi Belqrad Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir:

“Biz lap əvvəldən demişik ki, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyə haqqımız yoxdur və bunu dəstəkləyə bilməzdik də. Bizim üçün Krım Ukraynadır, Donbas Ukraynadır və bu, həmişə belə olacaq”.

Serbiya prezidenti hesab edir ki, “ən pis hadisələr” hələ qarşıdadır, çünki Ukrayna və Rusiya bu münaqişədə çox dərinə gediblər.

Vuçiç xatırladıb ki, o Rusiya prezidenti Vladimir Putinlə on dəfələrlə görüşüb və hətta onunla birbaşa danışa bilmək üçün rus dilini öyrənməyə çalışıb.

Bununla belə Vuçiç qeyd edib ki, Putinlə artıq bir neçə aylardır danışmayıb.

Serbiya prezidenti deyib ki, Belqrad heç də bütün məsələlərdə Moskva hökumətini dəstəkləmir:

"Biz onların bəzi mövqelərindən heç də həmişə məmnun olmuruq. Bizim ənənəvi olaraq yaxşı münasibətlərimiz var. Amma bu o demək deyildir ki, Kremlin hər bir qərarını və ya əksər qərarlarını dəstəkləyirik”.

“Yolumuz Avropayadır”

Bloomberg yazır ki, Serbiya 2014-cü ildən bəri Avropa İttifaqına üzvlük üçün danışıqlar aparır.

Buna baxmayarraq Belqrad Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb.

Vuçiç Bloomberg-ə müsahibəsində deyib ki, “Bizim yolumuz Avropa İttifaqınadır və başqa yolumuz yoxdur”.

Bundan əvvəl Serrbiya bildirmişdi ki, Ukraynadakı DXR və LXR qondarma qurumlarının, habelə Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin Rusiya tərəfindən ilhaqı üçüm keçirilmiş referendumların nəticələrini tanımayacaq.

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç qeyd etmişdi ki, bu “saxta referendumlarlın” tanınması Serbiyanın dövlət və milli maraqlarına zidd olardı.

Bundan əvvəl prezident Vuçiç Rusiyadan Serbiya vətəndaşlarının Rusiyanın Vaqner özəl şirkətinə cəlb edilməsinin dayandırımasını tələb etmişdi.

XS
SM
MD
LG