Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

''AMAY Abdulla' deyir, gedin pulunuzu istintaqdan tələb edin'


“Xudafərin” MMC-dən mənzil almış və aldadılmış adamlar. 27yan2017
“Xudafərin” MMC-dən mənzil almış və aldadılmış adamlar. 27yan2017

“2002-ci ildən tikintisi başlayan bina hələ də yarımçıq qalıb. Əvəzində, yarımçıq binadakı eyni mənzilləri bir neçə adama sata biliblər. Saxtakarlıq ediblər. İstintaq da təsdiqləyib ki, dələduzluq olub”.

“Xudafərin” MMC-dən mənzil almış və illərdir, aldığı mənzilə yığışa bilməyən, azı, 100 nəfər yanvarın 27-də axşam saatlarında başıbəlalı binanın qarşısında – “Atatürk prospekti, 3078a” məhəlləsində bir araya gəliblər.

Buna da bax:​ AMAY Abdulla azadlıqda

“Deyir, gedin pulunuzu istintaqdan, dövlətdən tələb edin”

Toplaşanlardan biri - Cəfər Cəfərov AzadlıqRadiosu-na danışır ki, bir neçə il əvvəl 65 min dollar ödəyərək, sahəsi 145 kvadratmetr olan mənzil alıb. 2014-cü ildə o da xəbər tutub ki, aldığı mənzil həm də başqasına satılıb. Aldanmış sakinlər toplaşaraq, Baş prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət ediblər. Ancaq hələ də nə mənzili, nə də pulu geri alan var:

“Binanı “AMAY Abdulla” kimi tanınan işadamı Abdulla Abdullayev tikirdi. Məlum olduğu kimi, həbsə düşdü, 14 illik həbsə məhkum olundu, sonra da azadlığa buraxıldı. Həbsdən çıxanda ona tapşırılmışdı ki, get, adamların pulunu qaytar. Ötən ilin yayından azadlıqdadır, deyir, gedin pulunuzu istintaqdan, dövlətdən tələb edin”.

Buna da bax:​ «AMAY Abdulla»nın əmlakını kimlər ələ keçirmək istəyir?

Qərara gəliblər ki…

Sakinlərin sözünə görə, bu məsələlərin üstü açılanda, artıq Abdulla Abdullayevlə bağlı məhkəmə başlanıbmış. O səbəbdən, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsində yeni cinayət işi başlanıb. Ancaq heç bir irəliləyiş yoxdur.

Şirkət nümayəndələrindən toplaşan sakinlərin qarşısına çıxan olmayıb. Sakinlər də qərara gəliblər ki, növbəti dəfə yığışıb Prezident Administrasiyasının qarşısına getsinlər. Prezidentin adına məktub yazaraq imzalayandan sonra dağılışıblar.

Buna da bax:​ İşadamı: «Görürəm ki, məndən ölənədək əl çəkməyəcəklər»

İşadamı şərti azadlığa buraxılıb

İki il əvvəl dələduzluqda və daha bir neçə cinayətdə təqsirləndirilən işadamı Abdulla Abdullayevə Bakı Ağır Cinayətlər Məhkəməsi 13 il həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayıb. O, sonradan Ali Məhkəmənin qərarı ilə, 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılıb.

AzadlıqRadiosu-nun əməkdaşı məsələyə münasibətini öyrənmək üçün Abdulla Abdullayevlə əlaqə saxlaya bilməyib.

XS
SM
MD
LG