Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:20

Yaponiyada koronavirusdan ölüm qeydə alınmayıb


ABŞ-Kanada sərhədi, arxiv fotosu
ABŞ-Kanada sərhədi, arxiv fotosu

Səhiyyə ekspertləri bir çox ölkələrin pandemiyanın ən pis dövrünü arxada qoyduğunu deyirlər. Buna vaksinlər və təbii yoluxmalar səbəb olub

Noyabrın 7-də Yaponiyada COVID-19-dan heç bir ölüm qeydə alınmayıb. Yerli media avqustdan bəri ilk dəfə bu xəstəlikdən ölümün aşkarlanmadığını yazır.

2020-ci il avqustun 2-də ölkədə koronavirusdan ölən olmamışdı. Noyabrın 6-da isə üç ölüm halı qeydə alınıb.

Pandemiya başlanandan ölkədə COVID-19-dan 18 mindən çox ölüm aşkarlanıb.

Yaponiya hakimiyyəti əhalinin 70 faizindən çoxunun peyvəndləndiyini bildirir.

Kyodo agentliyi yazır ki, COVID-19 böhranının yaratdığı problemləri yüngülləşdirmək üçün 265 milyard dollarlıq iqtisadi stimul paketi nəzərdən keçirilir.

ABŞ sərhəd qadağalarını qaldırır

Noyabrın 8-də Birləşmiş Ştatlar sərhədlərini tam peyvəndlənmiş xarici turistlərin üzünə açıb. Sərhəd qadağaları 20 aydı qüvvədəydi.

Qadağanı 2020-ci ilin əvvəlində, COVID-19 pandemiyası tüğyan edəndə Prezident Donald Tramp tətbiq edib, bu il yanvarın 20-də hakimiyyətə gəlmiş Co Baydenin hakimiyyəti dövründə davam edib.

ABŞ-ın qonşuları Kanada və Meksikanın, eləcə də Avropanın xoş qarşılamadığı sərhəd qadağaları ailələri ayrı salıb, turizm sənayesinə zərbə vurub, diplomatik münasibətlərdə gərginlik yaradıb.

2020-ci ilin martından sərhəd bağlanmışdı. Yalnız müəyyən növ vizaları olanların girişinə icazə vardı.

Noyabrın 8-dən hava nəqliyyatı sərnişinlərindən tam peyvənd olunmaq, səyahətdən üç gün öncə test vermək tələb olunur. Quru sərhədlərində isə yalnız “vacib sayılmayan” – ailə ziyarətləri və turizm səyahətləri üçün vaksin tələb olunur.

Peyvənd olunmayan şəxslər, son 18 ayda olduğu kimi, “vacib” ziyarətlər üçün ölkəyə buraxılacaqlar.

2022-ci ilin əvvəlindən Birləşmiş Ştatlara quruyla daxil olan bütün ziyarətçilərin tam peyvəndlənməsi tələb olunacaq.

Yoluxmalar 36 faiz azalıb

Son üç ayda dünya üzrə COVID-19-a yoluxmalara 36 faiz azalıb. “Reuters” belə bir təhlil aparıb.

Ancaq yenə də hər 90 gün ərzində 50 milyon insan koronavirusa yoluxur. COVID-19-a ilk 50 milyon yoluxma təxminən bir ilə qeydə alınmışdı. İndi yoluxmaların sürətlə getməsi delta ştammının yayılması ilə izah olunur.

Səhiyyə ekspertləri bir çox ölkələrin pandemiyanın ən pis dövrünü arxada qoyduğunu deyirlər. Buna vaksinlər və təbii yoluxmalar səbəb olub.

Eyni zamanda xəbərdarlıq edirlər ki, havalar soyuyur, bayram mövsümü yaxınlaşır, yoluxmalar arta bilər.

“Düşünürük ki, indi və 2022-ci ilin sonunadək biz bu virusa nəzarəti ələ almaq dönəmindəyik... xəstəliklərin ağırlaşması və ölümləri kəskin azalda bilərik”,– Dünya Səhiyyə Təşkilatının aparıcı epidemioloqu Mariya Van Kerxove “Reuters”ə deyib.

XS
SM
MD
LG