Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Kundera və Hesse – Azərbaycan dilində


"Qanun" nəşriyyatı iki məşhur Avropa yazıçısı Herman HesseMilan Kunderanın əsərlərini Azərbaycan dilində nəşr edib.

Hind mövzusunda olan “Siddhartha” (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir.

Əsərin güclü psixosimvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır.

Povestin qəhrəmanı müqəddəs Hautama Buddanın adaşıdır.

Əsəri Kifayət Haqverdiyeva Azərbaycan dilinə çevirib.

Herman Hesse – Nobel mükafatı laureatı, “Muncuq oyunu”, “Yalquzaq” kimi məşhur romanların, “Nərgiz və Qoldmund”, “Demian” və s. povestlərin müəllifidir.

O ki qaldı Kunderanın “Astagəllik” romanına...

Fransada köhnə qəsrlərin çoxu indi mehmanxanaya çevrilib. Çağdaş texnika əsrindən bezib sakitlik axtaranlar çox vaxt məhz belə qəsrlərə üz tuturlar.

Onların da ağlına gəldi ki gecəni hansısa uzaq bir qəsrdə keçirsinlər.

Lakin təsəvvür etmirdilər ki, bu qəsr onları sadəcə mehmanaxana kimi yox, həm də sözün həqiqi mənasında keçmişə – kralların, kraliçaların, qrafların qrafinyaların, saray intriqalarının və fitnə-fəsadların ağuşuna atacaq.

Köhnə bir qəsr – və keçmişə açılan qapı… bu qapının о biri üzündə sizi nə gözləyir bilirsinizmi?..

Ilqar Fəhminin Azərbaycan dilinə çevirdiyi romanı oxuyun...

Bu əsərlər nəşriyyatın "Ən yeni tərcümə" seriyasında çap edilib.

qanun.az
XS
SM
MD
LG