Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:32

Azərbaycan Qarabağ məsələsi ilə bağlı siyasətinə düzəlişlər edə bilər


Azərbaycanın hərbi xərclərinin gələcəkdə də artırılması nəzərdə tutulur
Azərbaycanın hərbi xərclərinin gələcəkdə də artırılması nəzərdə tutulur

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyiş olmadığını, Ermənistanın qeyri-konstruktiv adlandırdığı mövqeyi ucbatından nəticə əldə etməyin mümkünsüzlüyünü bildirir. Cənab Əliyev iyunun 23-də Bakıdakı hərbi tədris müəssisəsi məzunlarının 6-cı buraxılışına həsr olunmuş mərasimdəki çıxışında qeyd etdi ki, Azərbaycan münaqişənin beynəlxalq tənzimləməsinə ümidsiz yanaşır və öz siyasətinə müəyyən düzəlişlər etməlidir: «Qoy, Ermənistanda fikirləşsinlər ki, beş ildən sonra Ermənistan harada olacaq, Azərbaycan harada. Qarşıdakı 20 ildə Azərbaycan təkcə neft gəlirlərindən 140 milyard dollar əldə edəcək. Müharibə şəraitində olduğumuz üçün şübhəsiz biz bu imkanlardan ordunun gücləndirilməsində istifadə edəcəyik ki, o istənilən anda torpaqlarımızı geri qaytarsın».


İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadığı üçün artıq Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb: «Ümid edirəm ki, çox qısa müddətdə Azərbaycanda güclü hərbi-sənaye kompleksi yaradılacaq və bu orduya böyük dəstək olacaq».


Prezidentin sözlərinə görə, son üç ildə Azərbaycanın hərbi xərcləri dörd dəfə artırılıb. Hazırda orduya ayrılan vəsait 700 milyon dollara yaxındır.


Gələcəkdə bu xərclərin daha da artırılması nəzərdə tutulur. Ordunun maddi-texniki bazasını gücləndirmək üçün son illər ərzində xeyli müasir texnika, silah-sursat alınıb.


XS
SM
MD
LG