Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:10

Yanğının qəsdən törədildiyi istisna olunmur


Yanğını yalnız 4 saatdan sonra söndürmək mümkün olub Foto: Trend
Yanğını yalnız 4 saatdan sonra söndürmək mümkün olub Foto: Trend

İyunun 26-da təxminən saat 13.00 radələrində Bakıda metronun «Sahil» stansiyasının çıxışı ilə üzbəüz yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində güclü yanğın baş verib. Az vaxtda yanğın genişlənərək böyük bir ərazidə yerləşən binaların əksər hissələrini, ö cümlədən, «Zabitlər evi»ni əhatə edib. Yanğın söndürənlərdən bir neçəsi yüngül xəsarət alıb, amma sakinlər arasında xəsarət alan yoxdur. Vətəndaşlara evlərindən heç bir əşya götürməyə icazə verilməməsi polislə sakinlər arasında mübahisələrə gətirib çıxarıb.


Yanğını yalnız 4 saatdan sonra söndürmək mümkün olub.


Ərazidə evakuasiya, Foto: Trend
Hadisə yerində olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib ki, küləkli hava şəraiti olmasaydı yanğının qarşısını daha tez almaq olardı. Nazirin sözlərinə görə, əvvəlcə təxminən 60 metrlik ərazidən başlayan yanğın sonradan ərazisini 4-5 dəfə genişləndirib.


Hadisə yerində olan Barmek Elektrik Şirkətinin əməkdaşı Şiruyyə Məmmədovun sözlərinə görə, yanğının başladığı həmin binada əvvəllər tikiş fabriki olub. Təxminən bir ay əvvəl müəssisə sahibinin müraciətindən sonra onlara verilən elektrik enerjisi kəsilib. Binanın ikinci mərtəbəsində, yanğının başladığı yerdə qaz xətti də olmayıb. Barmek nümayəndəsi yanğının qısaqapanma və ya qaz sızmasından baş verməsinə inanmır. Onun fikrincə, binanı kimsə kimsə yandırıb. Qonşulardan birinin dediyinə görə, yanğının başladığı keçmiş tikiş fabriki üstündə mübahisələr olub. O, yanğını da həmin mübahisənin nəticəsi sayır.


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə jurnalistlərlə söhbətində bildirib ki, hadisənin baş vermə səbəbləri haqqında ilkin versiyalar irəli sürmək hələ tezdir. Cənab Heydərova görə, istintaq yəqin səslənən ehtimalları da nəzərindən qaçırmayacaq.


Fövqəladə Hallar Nazirindən başqa Daxili İşlər naziri Ramil Usubov, Müdafiə naziri Səfər Əbiyev və Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də hadisə yerinə baş çəkib.


XS
SM
MD
LG