Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:25

İran əsgərinin hansı silahları var?


1980-88-ci illər İran-İraq müharibəsinin başlanmasına həsr olunmuş hərbi parad, Tehran, 22 sentyabr 2009
1980-88-ci illər İran-İraq müharibəsinin başlanmasına həsr olunmuş hərbi parad, Tehran, 22 sentyabr 2009
İranın bazar ertəsi İsraili və Körfəzdəki ABŞ bazalarını vura biləcək raketləri sınaqdan çıxarması İran ordusunun silahları barədə məlumatlara maraq yaradıb.

«Reuters» agentliyi İran ordusunun silahları haqqında belə bir məlumatı hazırlayıb.

Məlumatda İranın İnqilab Qvardiyasının silahları da əksini tapıb.

SİLAHLI QÜVVƏLƏR:

523 minlik İran ordusuna general-mayor Ətaullah Salehi rəhbərlik edir.
2004-cü ildə ordu dörd korpusa bölünüb. Hər korpus da dörd zirehli, altı piyada diviziyasından təşkil olunub.

QURU QOŞUNLARI
Tehranda hərbi parad, 22 sentyabr 2009

  • Canlı qüvvə: 350 000
  • Onun 220 000 nəfəri çağırışçılardan təşkil olunub.
  • 125 000 əsgər də ayrıca İslam İnqilabı Qvardiyasındadır.

Tanklar:

  • Ordunun 1 600 tankı var. Bura yerli istehsal olan və «Zülfüqar» adı verilən 100-ə yaxın tank da daxildir.
  • İran tanklarının əksəriyyəti Britaniyada istehsal olunmuş köhnə «Chieftain»lar, ya da ABŞ istehsalı olan «M-60»lardır.
  • Tank ehtiyatına Sovet istehsalı olan «T-54», «T-55s», «T-59s», «T-62s» və «T-72»lər də daxildir. Onların əksəriyyətini İraqla müharibədə zəbt ediblər, ya da Çin və Şimali Koreyadan alıblar.
  • Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatına əsasən, İran tanklarının bir çoxunun hazırda işləyib-işləmədiyinə şübhələr var.
  • 640 zirehli piyada avtomobili.
  • 8 196 artilleriya qurğusu. Bunların 2 010-u yedəklə hərəkət edən, 310-u isə özüyeriyəndir.

Raketlər:

Uzaqmənzilli «Şahab-3» raketi, 28 sentyabr 2009
  • «Şahab 3» – 2007-ci ildə nümayiş etdirilən bu raketin 2000 kilometr məsafəyə uça bildiyini deyilir. Bu məsafəyə uça bilən raket İsraili və ABŞ-ın regiondakı bazalarını vura bilər.
  • «Qədr-1» – 1800 kilometr məsafəyə uça bilir.
  • «Secil» – 2000 kilometr məsafəyə uça bilir.

HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ:

Canlı qüvvə: 18 000 nəfər

Gəmilər:

  • 3 Rusiya istehsalı olan «Kilo» sualtı qayıq.
  • 3 döyüş gəmisi.
  • 3 korvet.
  • 2001-ci ilin məlumatlarında deyilirdi ki, İranın gəmiləri faktiki olaraq istifadəyə yararsız hala gəlib. Gəmilərdə müasir silahlar və avadanlıqlar demək olar ki, yoxdur. Üç döyüş gəmisindən istifadə etməyin mümkün olması çox şübhəlidir. 40 illik iki korvetdə isə çoxfunksiyalı silahlar quraşdırılmayıb.

2007-ci ildə İran sualtı gəmilərin və «Camaran» adı verdiyi döyüş gəmilərinin istehsalına başlayıb.

«Jane's Defence» həftəliyinin məlumatına əsasən,
İrana məxsus «F-5» təyyarələri təlim uçuşu həyata keçirirlər, 24 iyun 2009
1970-ci illərdə Fransada düzəldilmiş gəminin oxşarı kimi, Tehran 275-tonluq «Kaman» adlı raket gəmisi də istehsal edib.

HƏRBİ HAVA QÜVVƏLƏRİ:

  • Canlı qüvvə: 30 000 nəfərə yaxın.
  • Silahları – 319 ədəd döyüş təyyarəsi. Onların 80 faizi Rusiya təyyarələridir. Onların yarıdan çoxunun istifadəyə yararlı ola biləcəyi sual altındadır.
  • Təyyarə tipləri – «F-14», «MiG-29», «Su-24» və «Su-25». Təyyarələrin bir çoxu İraqla müharibə zamanı ələ keçirilib.

İran hərbi nəqliyyat təyyarələri və helikopterlərə də sahibdir.

2007-ci ildə İran yerli istehsal olan qırıcı təyyarələri sınaqdan keçirdiyini bildirib. Dövlət Televiziyasının məlumatına əsasən, İran qırıcı təyyarələri sənayesinə sahibdir.
XS
SM
MD
LG