Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:35

Timoşenko hədə-qorxu gəlir, amma Yanukoviçin istədiyi olur


Yuliya Timoşenko
Yuliya Timoşenko
Ukraynanın indiki baş nazir Yuliya Timoşenko ikinci turdakı rəqibinə - Viktor Yanukoviçə xəbərdarlıq eləyib ki, əgər onun tərəfdarlarının üstünlük təşkil elədiyi regionlarda seçkinin saxtalaşdırmaq cəhdləri olarsa, bu, Yanukoviçə çox baha başa gələcək. 2004-cü ildəkindən də daha sərt mitinqlər və etirazlar təşkil edəcəklər.

Timoşenkonun saxtakarlıq olmasıyla bağlı iddiaları isə seçki qanunvericiliyinə təklif edilən dəyişikliyə əsaslanır.

Ukraynanın indiki seçki qanunvericiliyinə görə, hər hansı bir namizəd seçki məntəqəsinə 8 nümayəndəsini müşahidəçi kimi göndərmək hüququna malikdir. Və səslərin sayılıb, protokolların tərtib edildiyi vaxt ümumi müşahidəçilərin 2/3-si prosesdə iştirak etməlidir. Əks halda nəticələr etibarsız sayılacaq. Yəni, əgər namizədlərdən birinin nümayəndələri yekun protokola imzasını atmasa, o zaman nəticələr ləğv oluna bilər.

Ukrayna Ali Radası isə, fevralın 3-də bu müddəanı ləğv edən dəyişikliyi qəbul elədi. Və prezident Yuşşenko bu məhdudiyyətin ləğvini nəzərdə tutulan dəyişikliyi Timoşenkonun etirazlarına baxmayaraq, artıq fevralın 4-də iş gününün sonuna qədər imzalayıb. Prezidentin sözçüsü İrina Vannikova Kiyevdəki mətbuat konfransında bunun səbəbini belə izah edib:

Viktor Yanukoviç
«Prezident seçkilərinin pozulması təhlükəsi var idi, ona görə də Ukrayna prezidenti Viktor Yuşşenko parlamentin qəbul elədiyi seçki qanunvericiliyinə dəyişikliyi imzalayıb».

«TİMOŞENKO SƏSVERMƏNİ POZMAĞA ÇALIŞACAQDI»

Əslində, daha öncə, günün əvvəlində Yanukoviçin Regionlar Partiyasının nümayəndələri bu dəyişikliyin imzalanacağına şübhə etməyəcəklərini bildirmişdilər. Və seçkini pozmaq istəyənin də məhz Timoşenko olduğunu iddia eləyirdilər. Regionlar Partiyasının liderlərindən Hanna Herman Timoşenkonu hətta isteriya çıxarmaqda da ittiham eləyib:

«Seçkidə uduzacağını hiss elədiyindən, Timoşenko səsverməni pozmağa çalışacaqdı. İndi bunu edə bilməyəcəyini anladığından, Ukrayna və dünya ictimaiyyətini inandırmağa çalışır ki, guya biz seçkini saxtalaşdırmaq istəyirik».

Yanukoviçin Regionlar Partiyasının rəhbərliyindəki Mikola Azarov isə əlavə eləmişdi ki, artıq seçki günü Timoşenkonun nümayəndələri gəlsə də, gəlməsə də seçkilər baş tutacaq.

Bu seçkiləri namizədlərin müşahidəçilərindən əlavə, 3 minə yaxın beynəlxalq müşahidəçi də izləyəcək. 2004-cü ildə, «narıncı inqilab» zamanı məhz beynəlxalq müşahidəçilərin seçkidə saxtakarlıq olduğunu bildirməsindən sonra, ikinci tur təyin edilmişdi. İkinci turda isə Timoşenkonun da üzv olduğu, ancaq prezident Yuşşenkoyla fikir ayrılığı üzündən parçalanan «Narıncı Koalisiya» qələbə çalmışdı.
XS
SM
MD
LG