Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:58

Beynəlxalq qurumlar son əfv fərmanını alqışlayır


Jurnalistləri Müdafiə Komitəsi Qənimət Zahidin azad edilməsini alqışlayır. Təşkilat bununla bağlı bəyanatında ümidvar olduğunu bildirib ki, Azərbaycan hakimiyyəti bu müsbət addımları davam edəcək və həbsxanada saxlanılan Eynulla Fətullayev və bloqqerlər Emin Milli və Adanan Hacızadə də azad olunacaqlar.

Bəyanatda son günlər Eynulla Fətullayevin jurnalist Elmar Hüseynovun qətlində MTN-nin əli olması ilə bağlı bəyanatını yaydıqlarına görə bir sıra redaktorun MTN-ə çağırılması da öz əksini tapıb.

AŞPA həmməruzəçiləri də son əfv fərmanını müsbət qiymətləndirir. Bu barədə AŞPA-nın internet səhifəsində yerləşdirilən bəyanatda qeyd olunub.

Amma onlar da Eynulla Fətullayevin əfv olunanlar arasında olmadığından təəssüflənirlər.

Assambleya dəfələrlə hər iki redaktorun digər siyasi məhbus hesab olunan şəxslərlə birgə azadlığa buraxılmasına dair çağırışlar edib.

Həmməruzəçilər bildirib ki, Azərbaycanın bu istiqamətdə atılan hər bir addım Avropa Şurasının siyasi məhbuslardan azad məkan olmaq cəhdinə yaxınlaşdırmağa yardım edir.

Prezident İ. Əliyevin Novruz Bayramı münasibəti ilə imzaladığı yeni əfv sərəncamı ilə 62 məhbus azadlığa buraxılıb.
XS
SM
MD
LG