Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:05

Putin gözləntiləri doğrultdu. «Antimitinq haqda» düzəlişləri imzaladı


Moskvada 6 may aksiyası
Moskvada 6 may aksiyası
Rusiya prezidenti Vladimir Putin kütləvi aksiyaların təşkili və keçirilməsi zamanı qanun pozuntularına görə cəzaların daha da sərtləşdirilməsi ilə bağlı düzəlişləri imzaladı.
Bununla da prezident İnsan Haqları Şurasının rəyinə önəm vermədiyini göstərdi. Şura hesab edirdi ki, antimitinq düzəlişləri Konstitusiyanın bir neçə maddəsinə ziddir.

Ekspertlərsə bildirirdilər ki, bu düzəlişlər, ümumiyyətlə, dinc toplantıların keçirilməsi ilə bağlı rəhbər prinsipə ziddir.

ŞURA SƏDRİ: «BU, ÇOX KƏDƏRLİ NƏTİCƏLƏRƏ GƏTİRƏ BİLƏR»

Prezident yanındakı İnsan Haqları Şurasının sədri Mikhail Fedotov «Interfax»a deyib:

«Bu düzəlişlərin imzalanması çox kədərli nəticələrə gətirə bilər, amma bu olmaya da bilər. Hər şey asılıdır qanunun tətbiqindən».

M.Fedotov yeni qanunun tənqidçilərindən olsa da, israrında davam edir. O düşünür ki, sənəd yenidən işlənməlidir.
Valentina Matvienko
Valentina Matvienko

«ƏYİNTİLƏRƏ YOL VERİLMƏMƏLİDİR»

Qanunun tətbiqindən Federasiya Şurasının sədri Valentina Matvienko da narahatdır. Jurnalistlərlə söhbətdə Matvienko söz verib:

«Bizim Palata qanunun necə tətbiq olunmasını izləyəcək. Bəlkə də qanunda bəzi dəqiqləşdirmələrə qayıtmaq zərurəti yarandı. Bizim işimiz qanunverici orqan və hakimiyyətin başqa institutları kimi ondan ibarətdir ki, qanun adekvat işləsin. Bu məsələdə əyintilərə və düzgün olmayan mülahizələrə yol verilməməlidir».

«POLİSİ QEYRİ-STANDART SİTUASİYALARA HAZIRLAMAQ LAZIMDIR»

Federasiya Şurasının birinci vitse-spikeri Aleksandr Torshin isə ona diqqət yönəldir ki, qəbul olunmuş qanunun başlıca məqsədi kütləvi tədbirlərdə təhlükəsizliyi təmin etməkdir. Amma eyni zamanda senator etiraf edir ki, qanunun realizəsi icra hakimiyyətinin, polisin, təhlükəsizlik qurumlarının işini artırmış olacaq.
Moskvada icazəsiz aksiya, 27 may 2012
Moskvada icazəsiz aksiya, 27 may 2012

«Bizim polislərə bu qanun çərçivəsində hər şeyi izah etmək, onları bu qanunda göstərilməyən qeyri-standart situasiyalara hazırlamaq lazımdır»

DEPUTAT SORĞUSU

Bu arada «Spravedlivaya Rossiya» (Ədalətli Rusiya) fraksiyasının üzvü Dmitry Gudkov Baş Prokurorluğa deputat sorğusu göndərildiyini bildirib. Həmin sorğunu Dövlət Dumasının 20 deputatı imzalayıb. Deputatlar baş prokurordan xahiş edirlər ki, hakimiyyətlə razılaşdırılmış 6 may mitinqi zamanı polisin qanunsuz davranışı barədə vətəndaşların verdiyi məlumat və videoçəkilişləri yoxlasın.

D.Gudkov deyib:

«Videomateriallar polisin onlara müqavimət göstərməyən vətəndaşlara qarşı əsassız yerə fiziki güc tətbiq etdiyini göstərir».
XS
SM
MD
LG