Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:48

Avromaydandakı xalq toplantısında istefa tələbi


Fevralın 2-də Avromaydan növbəti izdihamlı mitinqini keçirdi
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Fevralın 2-də Avromaydan növbəti izdihamlı mitinqini keçirdi

-
Ukrayna müxalifətin çağırışına səs verən minlərlə adam fevralın 2-də yenidən Avromaydana toplaşdı. İzdihamlı mitinqdə müxalifət liderləri, din və mədəniyyət xadimləri çıxış etdilər. Toplaşanlar Avromaydan hərəkatını sona qədər davam etdirəcəklərini, Ukraynanın Rusiyaya deyil, Avropaya üz tutacağını deyiblər.

Avromaydan yeni prezident seçkilərini, bütün siyasi məhbusların azadlığını, ölkə konstitusiyasının 2004-cü il statusunun - yəni parlament republikasının bərpa olunmasını tələb edir.

Hakimiyyət bütün bu tələbləri yerinə yetirmək nişanəsi göstərmir, nazirlər kabinetinin istefası və antimaydan qanunlarının ləğvi ilə kifayətlənməyə meyllidir.

Tez-tez hakim dairələrin düşərgəsindən "heç də bütün Ukraynalılar Avromaydanı dəstəkləmir" kimi fikirlər səsələnir. Ukraynanın xarici işlər naziri Leonid Kozhara ölkədə 8 milyonluq etnik rusların mövcudluğunu yada salıb. O, Ukraynanın rəngarəng ölkə olduğunu, bu səbəbdən Avropa Birliyi ilə Rusiya arasında seçim etmək deyil, hər iki tərəflə əlaqələr qurmağa çalışdığını deyib.

Ukraynanın Rusiya seçimini bəyənən şərq vilayətlərində antimaydan əhvalı səngimək bilmir. Bu ərəfədə Xarkovda Ukrayna Milli cəbhəsinin təsis yığıncağı keçirilib. Təşkilat özünə Rusiya hərbi simvolikası olan Geogi bayrağının rəngini seçib. Toplantıda Avromaydan hərəkatını 2-ci dünya müharibəsi zamanı Ukraynanı zəbt edən almanlara bənzədib "ölkəni yenidən azad etmək əzmində" olduqlarını bildiriblər. Toplaşanlar tələb ediblər ki, Kiyevdə aparılan siyasi məsləhətləşmələrdə Milli Cəbhə də iştirak etsin.

Ukrayanada siyasi böhrandan çıxış yolları ətrafında Rusiya ilə Qərb ölkələri arasında da fikir ayrılığı mövcuddur. Həftəsonu Münhendə keçən beynəlxalq toplantıda Rusiya xarici işlər naziri Lavrov Ukraynaya Qərbin müdaxiləsi ilə bağlı kəskin bəyanat verib, Ukrayna müxalifətini qeyri-konstruktivlikdə ittiham edib.
XS
SM
MD
LG