Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:43

Rusiya Krımın anneksiyasını rəsmiləşdirir

Krım respublikası Rusiya Federasiyasının tərkibinə qəbul olundu. Sevastopol şəhəri də ayrıca statusla RF-nın tərkib hissəsi elan olundu. Təntənəli mərasimdə Putin Qərbə Kosovo mütəqilliyini xatırlatdı...

- Martın 16-da Krımda keçirilən referendumda yarımada sakinləri «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olması" lehinə səs verdilər. Separatçı rejim Moskvaya, Krımı Rusiya Federasiyasının tərkibinə qəbul etməsi haqda müraciət etdi

- Matın 18-də Rusiya parlamenti bu müraciətə müsbət cavab verdi. Referendumu tanımayan və Rusiyaya qarşı sanksiya elan edən ABŞ, Avropa Birliyinə istehza ilə cavab verdi.

- Ukraynanın mərkəzi hakimiyyəti faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçlarl beynəlxalq məhkəmə ilə hədələdi.

- Martın 18-də Rusiya prezidenti Vladimir Putin Dumadakı çıxışında Krımın Rusiyaya daxil olunmasını rlan etdi.

Krımda və onun ətrafında baş verən əsas hadisələrin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
15:39 18.3.2014
Dumada çıxış edən Putin dedi:

- Krımın tarixinə toxunan Putin onun sakinlərinə qarşı baş verən ədalitsizliyi yada saldı, Krım tatarlarının sürgün olunması faktını belə təqdim etdi ki, Stalin dövründə ancaq milli azlıqlara qarşı deyil, ruslara qarşı da repressiyalar baş verirdi. O, qeyd etdi ki, Rusiyanın tərkibinə daxil olan Krımda 3 dövlət dili olacaq, rus, ukrayna və tatar dillləri.

- 1954-cü ildə Krımın Ukraynaya verilməsini qanunsuz adlandıran Putin bildirdi ki, Khrushshev 30-cü illərdə Ukrayna xalqına qarşı həyata keçirdiyi repressiyalara görə çəkdiyi vicdan əzabının təsirində idi və ya öz hakimiyyətini bərkitmək üçün Ukrayna elitasının köməyinə ehtiyacı var idi.

- Kiyevədki maydan hadisələrinə toxunan Putin bildirdi ki, Ukraynanın rüşvətxor hakimyyətinə qarşı çıxan vətəndaşlarını başa düşür. Lakin sonradan, bu hadisələrdən Ukraynanın millətçi radikalları öz məqsədləri üçün istifadə etdi. Putin xatırladır ki, hər il 3 milyona yaxın Ukrayna vətəndaşı Rusiyada işləyərək çörəkpulu qazanır, Ukrayna UDM-nun az qala 1/3-ni Rusiyada işləyən Ukrayna miqrantlarının evə göndərdiyi pullar təşkil edir.

- Qərbin sankisyalarına toxunan Putin deyir ki, onsuz Rusiyaya qarşı qitisadi məhdudiyyətlər mövcud idi.



- Ukraynanın NATO-ya daxil olması planlarına münasibət bildirən Putin "Kiyev - qədim Rusiyadır" dedi. Bildirdi ki, Ukraynanın NATO-ya daxil olması o deməkdir ki, NATO donanması Krıma gələcək, Rusiya cənub sərhədlərində olacaq. "Mən təsəvvür edə bilmirəm ki, biz Krıma gedəndə NATO dənizçiləri tərəfindən qəbul olunacağıq. Onlar pis oğlanlar deyillər, amma yaxşısı budur qoy onlar bizə qonaq gəlsinlər, biz onlara yox"

- Separatçılığı dəstəkləməklə Rusiyanın öz daxilindəki separatçılıqla üz-üzə qalması təhlükəsinə münasibət bildirən Putin bunu Qərbin hədəsi kimi qiymətləndirdi və sual formsında Qərbin Rusiyanın daxilində "5-ci kolonu"nun mövcudluğunu bildirdi.

- Çıxışının sonunda Putin gürültülü alqışlar altında Rusiya Federasiya şurasını və Dumasını Krımın və Sevastopol şəhərinin Rusiya Federasıyasının tərkibinə daxil olması haqda qərarın dəstəklənməsini xahiş etdi.

Davamı

XS
SM
MD
LG