Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:23

Şəhərsalma standartları: oynamağa-10 nəfərə 7 kv.m., 10 ahıla 1 kv.m., it gəzdirməyə....


Foto: Arxiv
Foto: Arxiv

-
Bina evinin uşaqları dərsdən, məşğələdən sonra harada oynasın, boş vaxtını harada keçirsin? Valideynə də, uşağa da ən əlverişlisi həyətdir, – desək, yanılmarıq yəqin. Bəs kiçik həyətdə oynamağa şərait yaradılmayıbsa, ya da «həyət» dedikləri yer maşın yolundan ibarətdirsə, üstəlik, yaxınlıqda elə bir yaşıllıq və ya park da yoxdursa, onda necə?

Köhnə binalardan çoxunun həyətində yaşıllıqların kəsilib yerində qaraj və iaşə obyektlərinin tikilməsi təzə söhbət deyil. Ancaq bu baxımdan heç yeni tikililərin də durumu ürəkaçan görünmür.

GƏZMƏYƏ KÖHNƏ HƏYƏT


Bala.az saytının redaktoru Ruzanna Rəşidqızı üç ildir Binəqədi rayonunda yeni tikilidəki mənzilinə köçüb. Deyir bu binanı məhz layihəsində həyət olduğuna görə seçiblər. Həyət var, ancaq:

Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

«Bizim həyətə təzəlikcə iki yelləncək qoyulub. Kollar da əkilib, ancaq qırağı hasarlanıb. Uşaq harada oynasın? 4 binadır, hesablamışam, təxminən 500 ailə yaşayır. Çoxu da gənc və uşaqlı ailələrdir. Bu qədər ailə üçün həyətin eni 10-15, uzunluğu 20-30 metrdir. Yerə də bərk daşlar döşənib. Hələ biz bu mənzili alanda, həyətli olduğu üçün bir az baha almışıq. Müqavilədə də həyətin olduğu vurğulanır. Bəzi ev elanlarında həyət vurğulanır, ancaq gedib baxırsan ki, həyət ancaq maşından düşüb bloka girdiyin yerdən ibarətdir. Biz axşamlar nisbətən yaşıllıq qalan yerlərə, köhnə binaların həyətlərinə gedirik. 4 binanın əhatəyə aldığı həyətə nə günəş düşür, nə də hava daxil olur. Ayda 28 manatlıq kommunal xidməthaqqı ödəyirik. Həyətə, heç olmasa, yumşaq material döşəyəydilər ki, uşaq yıxılanda əzilib-yaralanmasın».


Bir müddət əvvəl AzadlıqRadiosu Bakının mərkəzində maşın yolunun bir hissəsində hər gün futbol oynayan uşaqlardan bəhs edən videosüjet hazırlamışdı.

ADAMA 6 KVADRAT YAŞILLIQ

Yaşayış binasının ətrafında nələr olmalıdır? Uşaqların oyun meydançasıyla bağlı hansı standartlar var? Sən demə, bina tikintisi ilə məşğul olan şirkətlər nəinki uşaqların, hətta itlərin gəzməsi üçün yer nəzərdə tutmalıymış.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, hər hansı binanın tikiləcəyi ərazi təkcə o binanın «oturduğu» ərazidən ibarət olmur.

Cahangir Qocayev
Cahangir Qocayev

Yerli memarlıq xidməti həmin binanın ölçüsünə əsasən ayrıc aktı – plan verir. Həmin ayrıc aktında nəzərdə tutulur ki, binanın özünün ərazisindən 1.5 dəfə çox boş ərazi də onun ətrafında olmalıdır:


«Tutaq ki, binanın uzunluğu 50, eni 10 metrdir. O 5 sotda ev tikməkdən ötrü, ümumilikdə, azı, 12.5 sot yer ayrılmalıdır. Binanın birinci mərtəbəsində də yaşayış olacaqsa, bina maşın keçən əsas yoldan, qırmızı xətdən, ən azı, 6 metr içəridə olmalıdır. Binada hər 20 kvadrata 1 nəfər götürsək, bir mərtəbədə 25, 10 mərtəbədə 250 nəfərin yaşayacağı hesablanır. Tikinti qurtarandan, ərazi boşalandan sonra, uşaqların oynaması üçün bir nəfərə 0.7 kv.m., yəni 10 nəfərə 7; 100 nəfərə 70 kv.m. yer ayrılır. Sakinlərin ahıl hissəsinin oturub söhbətləşməsi, nərd oynaması üçün, hər 10 nəfərə 1 kv.m. olmaqla, 100 nəfərə 10 kv.m. yer ayrılır. Bundan başqa idmanla məşğul olmaq üçün 1 nəfərə 2 kv.m. nəzərdə tutulur. Hələ itlərin də gəzməsi üçün hər nəfərə 0.3; 10 nəfərə 3 kv.m. yer nəzərdə tutulur. Yerüstü dayanacaqlar, həyətə gələn-gedən maşınlar üçün bir nəfərə 1 kvadrata yaxın, yəni 100 nəfərə təxminən 80 kvadratlıq yer ayrılır. Boş qalan ərazidə isə bir nəfərə 6 kvadratlıq yaşıllıq salınmalıdır. Əvvəllər yanğından mühafizə və içməli su məqsədilə su anbarı da tikilirdi, ancaq 0 nöqtəsindən aşağıda – yerin altında olurdu».

- Bu normativin yerinə yetirməsinə əvvəllər Şəhərsalma Komitəsi nəzarət edib, indi isə Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi;
- Layihə ekspertizadan keçəndən sonra nə baş verir?
- İcra hakimiyyətləri nəyə nəzarət etməlidir?
- «Heç qəbir yeri də 5 kvadrat deyil».
Gözlə

No media source currently available

0:00 0:13:02 0:00
Direct-ə keçid


İCRA HAKİMİYYƏTLƏRİNƏ XƏBƏRDARLIQ OLUNUB

Təxminən bir ay əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sahəsində norma və qaydaların tez-tez pozulduğu barədə icra hakimiyyəti başçılarına xəbərdarlıq edib. Komitə yoxlamalar nəticəsində aşkarlayıb ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır; bir çox hallarda yaşıllıqların məhv edilməsinə yol verilir; layihələr mövcud baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir; ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur.

Samir Əliyev
Samir Əliyev


Tikinti zamanı normalara necə əməl olunmasına nəzarət barədə suallarımızı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən cavablandıran tapılmadı.

3 İDARƏETMƏ FORMASINDAN HEÇ BİRİ İŞLƏMİR

İqtisadçılar problemin həm də mülkiyyət üzərində idarəçilikdən qaynaqlandığını bildirirlər. Belə ki, mənzil üzərində mülkiyyət hüququnu tənzimləyən, 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi özəl, dövlət və bələdiyyə mülkiyyətini tanıyır. Çoxmərtəbəli, özəl mülkiyyətdə olan binalar həmin binalarda yaşayan, mənzil mülkiyyətçiləri tərəfindən idarə edilməlidir.

İqtisadçı Samir Əliyev bu idarəetmənin 3 forması olduğunu deyir: 1) Binanın idarəçiliyi binada yaşayan bir fərdə verilir, bütün idarəetməyə həmin şəxs məsuliyyət daşıyır; 2) İdarəetmə forması binada yaşayan mənzil mülkiyyətçilərinin yaratdığı cəmiyyət, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti – kondominium tərəfindən həyata keçirilir. Vətəndaşlar bütün qərarların qəbulunda birgə iştirak edirlər; 3) İdarəçilik idarəedici kommersiya şirkətinə verilir:

Gözlə

No media source currently available

0:00 0:09:01 0:00
Direct-ə keçid

«Bu gün Azərbaycanda bu 3 idarəetmənin heç biri həyata keçirilmir. Hələ də binalar «JEK»lər – mənzil istismar kontorları tərəfindən idarə olunur, insanların mülkiyyət hüququ pozulur. Hökumət «JEK»ləri ləğv etmək fikrində deyil. Tək-tük yerlərdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri qeydiyyatdan keçir.
Foto: Arxiv
Foto: Arxiv
Ancaq fəaliyyətləri üçün zəmin yoxdur. Çünki dövlət binalarının hamısı özəlləşdirilməyib, binanın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Binaya məxsus ərazinin sərhədləri bilinməlidir. Elektron reyestr yaradılmalı, hər bir binaya məxsus torpaq sahəsinin sərhədləri bəlli olmalıdır. Yeni tikililərin torpaqları özəlləşdirildiyindən bu məsələ nisbətən asandır. Onlarla bağlı problemlərsə Şəhərsalma Məcəlləsi standartlarının pozulmasıdır. Sakinlər bu halda yalnız mövcud ərazinin idarəedilməsi barədə düşünə bilərlər».


QUM VƏ PULSUZ KƏNDİR

Ruzanna Rəşidqızı bir neçə il Avropanın mərkəzində, Praqa şəhərində çalışıb. Çexiyanın paytaxtında uşaqlar üçün hər həyətdə yaradılan şəraitdən ağızdolusu danışır:

Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

«Ən kiçik, hətta sovet dövründən qalma həyətdə də mütləq qum olurdu. Bu, baha başa gəlməyən bir şeydir. Adamlarda istək olsa, hər şey mümkündür. Uşaqlarda inkişafa yaxşı təsir edir. Ancaq mən bunu kiməsə deyəndə, adama qəribə baxırlar. Praqada köhnə həyətlərdə uşaqların oynaması, dırmaşması üçün kəndirlər vardı. Bakıda da 8-ci mikrorayonda Heydər Əliyev parkında quraşdırıblar, pulsuzdur, xeyli adam gəlir. Bunu hər həyətdə quraşdırmaq olar. Üstəlik Praqada binalar bir-birindən xeyli aralı idi, oyun sahəsi, maşın yolu, o kiçik həyətdə hətta piyadanın keçməsi üçün yol ayrı idi. Praqa, ümumiyyətlə, yaşıl şəhərdir, hər yaşayış qəsəbəsinin arasında az qala bir meşə salınıb».
XS
SM
MD
LG