Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:31

Biden deyir ki, Rusiya Ukraynaya görə «əvəz ödəyəcək»


ABŞ-ın vitse prezidenti Joe Biden
ABŞ-ın vitse prezidenti Joe Biden
-
ABŞ-ın vitse prezidenti Joe Biden deyir ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün nüfuzundan istifadə etməsə, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə «Rusiyanın üzərinə əlavə xərclər» qoyacaq.

Ağ Evin məlumatına görə, Biden bunun iyunun 18-də Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətində deyib. Biden-in sözlərinə görə, Rusiya sərhəddən silah və yaraqlı göndərilməsini dayandırmayıb.

Biden həmçinin Poroshenko-nu sülh planını irəlilətmək və ölkəni böhrandan çıxarmağı hədəfləyən digər tədbirlərə görə alqışlayıb.

Ukraynanın yeni prezidenti birtərəfli atəşkəs təklif edib. İki aydır Ukraynanın şərqində döyüşlər gedir. Proshenko rusiyayönlü silahlı separatçılara təhlükəsizlik çıxışı da vəd edib.

Poroshenko avropayönümlü diplomat, hazırda Almaniyada səfir olan Pavlo Klimkin-i xarici işlər naziri təyin edib.
XS
SM
MD
LG