Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:13

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:21 29.8.2014

Rusiya xarici işlər naziri Sergei Lavrov deyir ki, Qərb onların Ukraynaya təcavüzünə dair heç bir sübut təqdim etməyib.

17:47 29.8.2014

BU YÜKSƏKLİK MÜHARİBƏNİN TALEYİNİ HƏLL EDİRDİ

Donetsk vilayətinin ən yüksək nöqtəsi olan Saur-Maqila Ukrayna ordusunun nəzarətinə keçəndən sonra döyüşlərdə təşəbbüs də onların tərəfinə keçmişdi. Rusiyadan gələn hərbi karvanalrın qarşısı alınır, separatçılar onlarla yaşayış məntəqəsindən sıxışıdırılıb çıxarılırdı. Lakin 1 həftə əvvəl Rusiya sərhəddi istiqamətində hücuma keçən separatçılar yüksəkliyi geri alıblar. Ukrayna tərəfi bildirir ki, hücumlarda Rusiya desant qoşunlarının birləşmələri iştirak edir. Rusiyanın müdafiə naziri bu ittihamları rədd edir.




19:03 29.8.2014

UKRAYNA ORDUSU LUQANSKDAN DA SIXIŞDIRILIR.

Luqansk şəhərində döyüşən Ukrayna ordus hissəsinin komandiri etiraf edir ki, Luqanskı Rusiya ilə birləşdirən magistral yoldakı mövqelərini itiriblər. Luqansk şəhərinin cənub-şərq çıxışındakı Xreşavatoe və Novosverlovka qəsəbələrindən geri çəkilməyə məcbur olan Ukrayna zabiti deyir ki, qüvvələr nisbəti Rusiyameyllilərin tərəfində olub. Onun sözlərinə görə, burada Rusiyanın vaxtilə Çeçenistanda tətbiq etdikləri taktika işlədilir. Yaşayaış məntəqəsinin evləri-bir-bir tanklardan atəşə tutulur.

Davamı

XS
SM
MD
LG