Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:48
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

17:29 18.11.2014
Azay Quliyev
Azay Quliyev

«QHT sektorunu maliyyələşdirən donorlar şəffaf deyil»

Azay Quliyev: «QHT sektorunun maliyyəsinin təqribən 35 faizi, yəni 23,5 milyon manatı xarici donorlardan gəlir. Bu donorların fəaliyyəti isə şəffaf deyil, eyni zamanda, Azərbaycanda sabitlik və təhlükəsizlik üçün bir təhdiddir. Bu baxımdan QHT-lərin xarici donorlardan asılılığının tam aradan qaldırılması üçün tədbirlərin görülməsi vaxtı çatıb».

Azay Quliyev təklif edir ki, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsi artırılsın. O, ilkin mərhələdə Şuranın büdcəsinin 10 milyon manatadək artırılmasını təklif edib.

Milli Məclisin sədri Oqtay Əsədov da A. Quliyevin təklifini müsbət qiymətləndirib və Şuranın büdcəsinin artırılmasını məqsədəuyğun hesab edib.

17:21 18.11.2014

«Məktəblərin reytinqini tərtib edək...»

«Bizdə çox iri layihələr həyata keçirilir. Amma elə sahələr var, onlar birbaşa vətəndaşların həyatı ilə bağlıdır. Müharibədə həlak olanların ailələri hələ də sığorta haqlarını ala bilmirlər».

Deputat Fazil Mustafa deyir ki, bu pulun ödənilməsində problemlər var və bu, məsələ öz həllini tapmalıdır.

«Nə qədər gözəl infrastruktur qurulsa da, vətəndaşın vəziyyəti düzəlməsə, bu onun gözünə görünməyəcək. İcbari tibbi sığorta da hələ işləmir. Ağır xəstəliklərə tutulmuş uşaqlar var. Elə ailələr var ki, uşağını Almaniyaya apara bilmir. Hamı zəngin deyil ki...

Müəllim yaxşı yaşamır. Repetitorlar da ailəsindən vaxt kəsib pul qazanır. Bəlkə ali məktəbə qəbul olunan şagirdlərin sayına uyğun məktəblərin reytinqini tərtib edək? Buna uyğun maliyyələşmə aparılsın. Bu stimulla da müəllimlə yaxşı müəllimi fərqləndirə bilərik».

14:40 18.11.2014

15 mindən çox ailə ipoteka krediti ilə mənzil alıb

Azərbaycanda 15 mindən çox ailə ipoteka krediti ilə mənzil alıb. Bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 1 mlrd dolardan artıq ipoteka krediti formalaşıb ki, onun da 600 mln dolları İpoteka Fondunun payına, 400 mln dolları isə kommersiya banklarının payına düşür. E. Rüstəmov onu da əlavə etdi ki, əhalinin hamısını ipoteka krediti ilə təmin etmək heç də düzgün siyasət deyil.

«İpoteka krediti ancaq ölkənin imkansız təbəqəsinin mənzillə təmininə yönəlməlidir».

Elman Rüstəmov ipoteka kredit siyasətinin yumşaldılmasını vacib sayır. Onun fikrincə, bu sahədə əsas üstünlük kommersiya banklarına verilməlidir. O eyni zamanda 2015-ci il büdcəsində sosial ipoteka kreditinin həcminin 40 mln manatdan 50 mld manata çatdırılmasını təqdir edərək bildirdi ki, bu kifayət qədər vəsaitdir. Onun sözlərinə görə, bu vəsaitlə ölkənin imkansız təbəqəsini daha çox ipoteka krediti ilə təmin etmək mümkün olacaq.

Davamı

XS
SM
MD
LG