Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

Rəsm necə tənqid edə bilər?


Rokni Haerizadeh
Rokni Haerizadeh

- Qonşu ölkələrin modern sənət axınları

Rokni Haerizadeh - 1978-ci ildə Tehranda doğulub. Uşaqlığında İran-İraq müharibəsi, İslam İnqilabı kimi hadisələrdən təsirlənib.

Bu müharibə təsirləri onda öz-özünə incəsənət həvəsinə çevrilməzmiş, əgər Andrey Tarkovski, Akira Kurosava, Sergey Eyzenşteyn kimi rejissorların o zaman İran televiziyası ilə yayımlanan filmləri olmasaydı.

Rokni deyir: “Bu filmlərdə gözəl bir mənzərədə sakitcə on dəqiqə yol gedən insan mənə təsir edirdi və mən düşünürdüm: “Bu, filmdirmi? İncəsənətdirmi?”

Haerizadeh və yaxud da Xeyrizadə 2000-ci illərin ortalarında İranda xalq toplantılarını – toyları, banketləri, dini bayramları, yas mərasimlərini kətan üzərinə köçürən rəsmlərinə görə dünya şöhrəti qazanıb.

Sənətşünaslar bu rəsmlərdəki toplantılarda insan təbiətinin hedonist, ritualçı, vəhşi cəhətlərinin gizləndiyini deyirlər.

Rokni rəsmlərilə öz ölkəsinin mədəniyyətini və dünya mediasını tənqid edir.

Xəbərlərin, medianın kütləvi etirazlardən və zorakılıqdan əyləncə üçün necə istifadə etməsi, dövlət səfərlərini, rəsmi görüşləri tamaşaya necə çevirməsi onun mövzularından biridir.

Haerizadeh’nin “Hərəkət edən rəsmlər” seriyası kənar üzərində çəkilmiş minlərlə rəsmin rotoskopik hərəkət edən videosudur.

“Rəsmi adətən tamaşaçı və ya tənqidçi bitkin və statik obyekt kimi qavrayır...

Mənim üçünsə “zaman” elementini əlavə etmək çox önəmlidir. Bu, prosesi yavaşıdır və görünən edir. Bu yolla rəsm sənin gözlərin qarısında tədricən açılır və bir şəkildən başqasına çevrilir.”

Onun Saatchi Qalereyasındakı rəsmlərinə burada baxmaq olar.

Əsərləri Karnegi İncəsənət Muzeyi, Britaniya Muzeyi, Britaniyanın Tate Modern İncəsənət Muzeyi, Devi Art Fondu, JP Morgan Chase Art Kolleksiyası və Rubell Ailə Kolleksiyası da daxil olmaqla, müxəlif ictimai və şəxsi kolleksiyalarda saxlanır.

XS
SM
MD
LG