Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:37

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

18:22 1.11.2015

Ötkəm vətəndaşın seçki təəəsüratları
Bakıda seçki məntəqələrindən birində rastlaşdığımız Xətayə Xasməmmədova adlı xanım Azərbaycanda keçirilən seçkilərə bu cür qiymət verir:

Ötkəm vətəndaşın seçki təəəsüratları
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

17:40 1.11.2015
Vurğun Əyyub
Vurğun Əyyub
«MİS işçiləri paltarlarını dəyişirlər ki..»

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Vurğun Əyyubun səlahiyyətli nümayəndəsi Rövşən Dəmirli AzadlıqRadiosuna deyib ki, ən çox pozuntu Yeni Günəşlidəki məntəqələrdə qeydə alınıb.

Burda «karusel» əməliyyatlarından istifadə edildiyini söyləyir: «MİS işçilərini dəstəylə müxtəlif məntəqələrə aparıb səs verdirirlər. Bundan başqa, məntəqələrdə müşahidəçi adı altında öz adamlarını oturdublar, onların əliylə bülletenləri topayla qutulara atdırırlar. Aktlaşdırma aparırıq. Amma qabağını ala bilmirik. «Müşahidəçinin səlahiyyətinə aid olmayan məsələdir» deyib akt bağlayıb müşahidəçiləri çıxardırlar. Məsələn, 7 saylı məntəqədə vəkilimizi eyni bəhanəylə məntəqədən çıxardılar, «seçkini pozursan» dedilər. Hövsandakı məntəqələrdə də bir saatdır MİS işçilərini hərəkətə gətiriblər, məntəqə-məntəqə göndərirlər. Burda bəzən həmin işçiləri evə göndərirlər ki, paltarlarını dəyişib başqa məntəqədə səs versinlər».

DSK sədri Fikrət Məmmədov isə bizimlə söhbətdə bildirdi ki, deyilənləri araşdırırlar: «Araşdırırıq. Bu iş bizim katiblərdən birinə həvalə edilib. Araşdırıb, nəticəsini sizə də deyəcəyik».

17:30 1.11.2015
MSK xəbər verir...

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı saat 17-yə olan rəsmi məlumatı yayıb. O, dairələr üzrə səsvermə göstəricilərini açıqladıqdan sonra ümumi statistikaya keçib:

«Bu gün seçkilərdə hələ ki, ümumilikdə 2 milyon 600 mindən çox seçici iştirak edib. Bu da seçicilərin 50.1 faizi deməkdir».

MSK-dan bildiriblər ki, səsvermənin ilkin nəticələri saat 24-də açıqlanacaq.

Davamı

XS
SM
MD
LG