Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:09

Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsib


Əməliyyat olunan xəstə
Əməliyyat olunan xəstə

►“Şokdayam...” - baş həkim

Komissiya yaradıldı

Bakıda həkimin xəstənin sol ayağının kəsilməsi barədə diaqnoz qoysa da, onun sağ ayağını kəsdiyi bildirilir.

Bu haqda xəstənin yaxınları ANS-ə danışıblar.

Xəbərdə qeyd edilir ki, Tərlan Məmmədova şəkərli diabet xəstəsi olub. Onun nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsinə sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub.

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Xəstə qadın yaxınlarının deməsinə görə, iyunun 24-də Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görəndə gözlərinə inanmayıblar. Yaxınlarının demələrinə görə, həkimlər yaşlı qadının iltihablı sol ayağı əvəzinə, sağlam olan sağ ayağını kəsiblər.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqraba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar”, xəstənin nəvəsi deyib.

Angioloji və Mikrocərrahiyə Mərkəzdən isə əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib.

“Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki xəstə həmin tibb müəssisəsində əməliyyat edilib ”, deyə mərkəzin baş həkiminin otağından bildiriblər.

Ancaq Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski faktı təsdiqləyib. O, deyib ki, məsələdən xəbərdardır.

“Artıq fakta görə, polis əməkdaşları xəstəxanaya cəlb edilib. Bu işə görə mən özüm də şokdayam”, deyə baş həkim bildirib.

Səhiyyə Nazirliyi də Azərbaycanda həkimin yaşlı qadının xəstə ayağı əvəzinə sağlam ayağını kəsməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

Eyni zamanda, məsələni hüquq-mühafizə orqanlarının da araşdırdığı bildirilir.

Həkim səhvlərini bağışlamaq olarmı?- [Fikrini de]

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG