Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:06

İran ‘ABŞ casusları’nı 10 ilədək həbsə məhkum edir


(Yuxarıdan soldan saat əqrəbi istiqamətində) Sam Rajabi, Houman Jowkar, Niloufar Bayani, Morad Tahbaz, Morteza Arianejad, Taher Ghadirian, Amir Hossein Khaleghi və Sepideh Kashani
(Yuxarıdan soldan saat əqrəbi istiqamətində) Sam Rajabi, Houman Jowkar, Niloufar Bayani, Morad Tahbaz, Morteza Arianejad, Taher Ghadirian, Amir Hossein Khaleghi və Sepideh Kashani

İran ədliyyəsi bildirir ki, 8 ətraf mühit fəalını Birləşmiş Ştatlar üçün casusluq və İranın dövlət təhlükəsizliyinə qarşı hərəkətlərdə təqsirli bilərək həbsə məhkum edib. Onların içində Britaniya və ABŞ vətəndaşlığı olan iranlı da var.

Ədliyyənin sözçüsü Gholamhossein Esmaili deyib ki, İranın apelyasiya məhkəməsi onların işi üzrə fevralın 18-də “yekun hökm” çıxarıb.

Fəallardan ikisi – Morad Tahbaz və Niloufar Bayani 10 il həbs cəzasına məhkum ediliblər.

Onlardan həmçinin, İran hakimiyyətinin iddia etdiyi kimi, xidmətlərinə görə ABŞ hökumətindən aldıqları pulu qaytarmaları tələb olunur.

Tahbaz iranlıdır, ABŞ və Britaniya vətəndaşlığı da var.

4 ildən 10 ilədək həbs

İran ikili vətəndaşlığı qəbul etmir. Bu o deməkdir ki, İranda saxlanan iranlılar vətəndaşı olduqları ölkələrdən konsulluq yardımı ala bilmirlər.

Bir çox hallarda ikili vətəndaşlığı olanların məhkəməsi İran İnqilab Məhkəməsində qapalı keçirilir, onlara ictimaiyyətə açıqlanmayan ittihamlar irəli sürülür. Bu məhkəmə iddia olunan dövlət çevrilişi cəhdləri ilə bağlı işlərə də baxır.

Esmaili deyib ki, iki digər fəal – Houman Jokar Taher Ghadirian-ın hərəsinə səkkiz il cəza kəsilib, onların “düşmən Amerika hökuməti ilə əməkdaşlıq etdiyi” iddia olunur.

Qalan 3 fəal – Sam Rajabi, Sepideh Kashan DoustAmirhossein Khaleghi Hamidi-nin hərəsinə 6 il həbs kəsilib.

Abdolreza Kouhpayeh isə dörd il həbsə məhkum edilib.

Fəalların hamısı 2018-ci ilin əvvəlində İranda saxlanıblar.

O vaxt həbs olunmuş doqquzuncu fəal, iranlı kanadalı Kavous Seyed Emami 2018-ci ilin fevralında həbsdə naməlum şəraitdə dünyasını dəyişib.

Onun xanımının ölkədən çıxmasına əvvəlcə imkan verilməyib, sonradan İranı tərk edə bilib.

Ölüm cəzası kəsilən də var

İran əsilli Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe də hazırda Tehranda həbs cəzası çəkir. O, balaca qızıyla İranda səfərdə olarkən saxlanıb. İran hökumətini “yumşaq şəkildə devirməyi” planlaşdırmaq iddiaları ilə 5 il həbsə məhkum edilib.

İranlı biznesmen Siamak Namazi və 81 yaşlı atası Baquer Namazi hazırda casusluq ittihamları üzrə 10 il həbs cəzası çəkirlər.

Baquer Namazi UNICEF-in keçmiş təmsilçisidir, ABŞ-ın dəstəklədiyi şah Mohammad Reza Rahlavi dövründə İranın neftlə zəngin Xuzistan vilayətinin qubernatoru olub.

İranlı amerikalı Robin Shahini 2017-ci ildə zaminə buraxılıb. O, “düşmən hökumətlə əməkdaşlıq” ittihamıyla 18 il həbs cəzası çəkərkən aclıq aksiyası keçirmişdi. Birləşmiş Ştatlara qayıdıb, indi İranı ABŞ federal məhkəməsinə verib.

Keçmiş FTB (FBI) agenti Robert Levinson 2007-ci ildə İranda yoxa çıxıb, hələ də itkin sayılır.

Fevralın əvvəlində isə İranın ali məhkəməsi İran vətəndaşı Amir Rahimpour-a ölüm cəzası kəsildiyini təsdiqləyib. O, MKİ (CIA) üçün casusluqda təqsirli bilinib.

İranın dövlət mediasının iddiasına görə, o, ölkənin nüvə proqramının detallarını MKİ ilə paylaşıb.

XS
SM
MD
LG