Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:05

Türkiyə Suriya qüvvələrini İdlibdən ‘bu həftə çıxaracaq’


Türkiyənin dəstəklədiyi üsyançılar əl-Nayrab kəndi yaxınlığında
Türkiyənin dəstəklədiyi üsyançılar əl-Nayrab kəndi yaxınlığında

Türkiyə fevralın sonunadək Suriyanın şimal-qərbindəki İdlib regionundakı hərbi müşahidə postlarından hökumət qüvvələrini çıxarmağı planlaşdırır. Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdogan bu gün – fevralın 26-da deyib. Bu arada Suriya hökumət qüvvələri Rusiyanın dəstəyilə irəliləməkdədir.

Erdogan deyib ki, İdlibdə hava məkanından istifadə məsələsinin tezliklə həll olunacağına ümid edir. Rusiya regionun hava məkanına nəzarət edir və Türkiyənin dəstəklədiyi üsyançıların üstünə hər gün bomba yağdırmaqla Suriya hökumətinin hücum əməliyyatına dəstək verir.

“Ayın sonunadək müşahidə postlarımızı ətraf qüvvələrdən (Suriya hökumət qüvvələri) azad etməyi planlaşdırırıq”, – Erdogan partiyasından olan deputatların qarşısında çıxışında söyləyib.

Üsyançıların və Türkiyə mənbələrinin verdiyi informasiyaya görə, Türkiyə ordusunun dəstəklədiyi üsyançılar bu həftə İdlibdə əl-Nayrab kəndini tutublar. Amma Suriya Prezidenti Bashar al-Assad qüvvələri vilayətin digər yerlərində irəliləməkdədir.

Erdogan hələ fevralın 5-də deyirdi ki, Assad qüvvələri fevralın sonunadək Türkiyənin müşahidə postlarının qurduğu xətdən geri çəkilməlidir, yoxsa Türkiyə onları geri oturdacaq.

2017-ci ildə Rusiya və İranla əldə olunmuş razılaşmaya əsasən, Türkiyə İdlibdəki “neytral zona” ətrafında 12 müşahidə postu qurub. Ancaq indi onlardan bir neçəsi Suriya hökumət qüvvələrinin keçdiyi xətlərdən arxada qalıb.

XS
SM
MD
LG