Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:33

Paşinyanın partiyası: "Müxalifət müharibəni davam etdirmək istədiyini rəsmən elan etsin..."


"Mənim addımım" fraksiyası
"Mənim addımım" fraksiyası

Ermənistanda hakim “Mənim addımım” fraksiyası müxalifətə Azərbaycan və Rusiya ilə Qarabağda müharibəyə son qoyulması üçün imzalanmış bəyanatın hüquqiliyini müzakirə etməzdən əvvəl öz mövqelərini qəti bildirməyə çağırıb.

Hakim fraksiya müxalifətə deyib ki, onlar “Rusiyanın vasitəçiliyini rədd etmələrini, Rusiya sülhməramlılarının təmas xəttindən çıxarılmasını və müharibənin davam etdirilməsini istədiklərini rəsmən bildirsinlər”.

Hakim fraksiya bildirib ki, bunun ardınca müxalifət qüvvələri yenidən bərpa ediləcək müharibədə əldə edəcəkləri qələbənin yol xəritəsini versinlər.

Nikol Paşinyan: “Başqa yol yox idi”

Baş nazir Nikol Paşinyan bundan bir gün əvvəl bildirmişdi ki, Azərbaycan və Rusiya ilə sazişi imzamaqdan başqa yol yox idi.

Bununla yanaşı hakim “Mənim addımım” fraksiyası bildirib ki, ictimaiyyət onu narahat edən suallara cavab almalıdır.

Fraksiya bildirib ki, “Ermənistanı parçalamağa yönəlmiş” heç bir yığıncaqlarda iştirak etməyəcək.

“Mənim addımım” fraksiyası bəyan edib ki, “erməni xalqı bu müharibədə təkcə Azərbaycana qarşı yox, həm də dünyanın ən böyük silahlı qüvvələrinə qarşı döyüşüb”.

Fraksiya habelə bildirir ki, ermənilər 45 günlük müharibə zamanı “soyqırımına qarşı” döyüşürdülər.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, müxalifət partiyaları parlamentin növbədənkənar iclasının keçirilməsi üçün kifayət qədər imza toplaya biliblər.

Lakin müxalif “Maarifçi Ermənistan” partiyasının sözçüsü Edmon Manukyan deyib ki, sözü gedən iclas baş tutmayıb.

Hakim “Mənim addımım” fraksiyasından bu iclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəlib.

XS
SM
MD
LG