Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:08

ABŞ-dan Rusiya və Çin şirkətlərinə sanksiyalar


İllüstrativ foto
İllüstrativ foto

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov ixrac məhdudiyyətlərini ABŞ-ın “destruktiv fəaliyyəti” adlandırıb

ABŞ Ticarət Departamenti Rusiya və Çindən 103 şirkətə yeni sanksiyalar tətbiq edib. Qurumun mövqeyinə görə, bu təşkilatlar silahlı qüvvələrlə bağlıdır, yaxud onlarla əməkdaşlıq edir və bu səbəbdən ölkəyə təhdid yaradır.

Departament bu şirkətlərin ixracına tam qadağa qoymasa da, ticarət sövdələşmələri üçün lisenziya tələb edəcək.

Sanksiya siyahısında Çinin 58, Rusiyanın 45 şirkəti yer alıb. Siyahıda Rusiya Müdafiə Nazirliyinin, Xarici Kəşfiyyat Xidmətinin və digər qurumların adları var. Aviasiya sənayesindən isə “MiG”, “Suxoy Mülki Təyyarələr”, “Suxoy” və “Tupolev” şirkətləri siyahıda yer alıb.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov ixrac məhdudiyyətlərini ABŞ-ın “destruktiv fəaliyyəti” adlandıraraq deyib ki, bu, “nəinki ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığa zərbə vurur, eyni zamanda istənilən müsbət perspektivi qapadır”.

“Oxşar addımlar münasibətlərimizdə daha böyük böhran yaradır. Ondan o vaxt çıxmaq mümkün olar ki, Birləşmiş Ştatlar münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında qursun. Hələlik, buna cəhd görmürük”, – Antonov vurğulayıb.

Bundan öncə ABŞ Çeçenistan lideri Ramzan Kadırovun yaxın ətrafına sanksiyalar tətbiq etmişdi. Oktyabrda isə Kimya və Mexanika üzrə Elmi-Tədqiqat İnstitutuna qarşı sanksiyaları işə salındı.

XS
SM
MD
LG