Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:52

Rusiyanın AzadlıqRadiosu-na təzyiqi pislənir


AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu
AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu

Radio apellyasiya şikayətlərindən sonra ya cərimələri ödəməli, ya da Rusiyada fəaliyyətini dayandırmağı nəzərdən keçirməlidir

“Sərhədsiz Reportyorlar” təşkilatı Rusiyada AzadAvropa/AzadlıqRadiosu-nun bir neçə rusdilli xidmətinə “ölçüyəgəlməz” cərimələrin tətbiqini pisləyib. Qurum ölkənin “xarici agent” qanununu “absurd” adlandırıb, müstəqil və müxalifət mediasını “susdurmaq üçün hazırlandığını” vurğulayıb.

1 milyon dollara yaxın cərimə

“Roskomnadzor” mediaya nəzarət qurumu radionun rusdilli xəbər xidmətlərinə 260 iş açıb, onların yeni qaydalara uyğun olaraq yazılı və yayın materiallarına xüsusi qeyd əlavə etmədiyini vurmadığını bildirib. Moskvada məhkəmə 142 iş üzrə 1 milyon dollara yaxın cərimə kəsib.

Radio apellyasiya şikayətlərindən sonra ya cərimələri ödəməli, ya da Rusiyada fəaliyyətini dayandırmağı nəzərdən keçirməlidir.

“Son 30 il Rusiyada yayınlanmasına baxmayaraq, Radio Svoboda indi absurd və stiqmatik qanun əsasında bağlanmaqla təhdid olunur”, – qurumun Şərqi Avropa və Orta aşıya bölümünün başçısı Janna Kavelyer deyib.

Onun sözlərinə görə, bu aşırı cərimələr Rusiyada perestroyka plüralizminə son qoymaqdan ötrü ölkənin media mənzərəsini “təmizləmək” prosesinin tərkib hissəsidir. “Müstəqil və müxalifət media qurumlarına qarşı bu təqibi pisləyir, bu radiostansiyaya ədliyyə təqibinə son qoymağa çağırırıq”, – o vurğulayıb.

Tələblər

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan ona dəfələrlə dəyişiklik edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər.

Qanun sonradan modifikasiya olunaraq AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, daha altı rusdilli xidmətini hədəfə aldı.

2020-ci ilin sonuna qanunvericiliyə dəyişiklik Rusiya hökumətinə xarici jurnalistlər daxil olmaqla fərdləri “xarici agent” siyahısına salmağa və onlara qadağa tətbiq etməyə imkan verdi. Ötən ilin dekabrında radionun rus xidmətinin üç yazarı da siyahıya salındı.

Radionun Prezidenti Ceymi Flay bildirir ki, radio “tələblərə etiraz edəcək, şikayətlər verəcək”.​

XS
SM
MD
LG