Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:49

Ermənistan Qarabağın bərpasına 208 milyon dollar xərcləyəcəyini deyir


Birgə iclasda
Birgə iclasda

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, martın 25-də baş nazir Nikol Paşinyan və Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın həmsdərliyi ilə Yerevanda Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi təhlükəsizlik şuralarının birgə iclası keçirilib.

Baş nazir Nikol Paşinyan deyib ki, o dünən “Qarabağ hökumətinin” nümayəndələri ilə məhsuldar diskussiya keçirib.

Bu müzakirələrin nəticəsində Qarabağda ev tikintisi proqramına və infrastrukturun yaradılmasına 110 milyard dram (208 milyon dollar) ayrılmasına dair qərar qəbul olunub.

Qarabağ ermənilərinə verilən pasportlarda doğum yeri Ermənistan yazılır - Yerevandan reportaj
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

“Hayastan” ümumerməni fondu

Baş nazir əlavə edib ki, proqramın ümumerməni “Hayastan” fondu tərəfindən icra olunması təklif edilib.

Məlumat verilib ki, hazırda fondun hesabında sözü gedən məbləğin təxminən yarısı - 58 milyard dram var.

Qalan 52 milyard dram vəsait Ermənistan hökuməti tərəfindən veriləcək.

Paşinyan deyib ki, bu pullarla Artsaxın (Dağlıq Qarabağın – red) “təbii həyat fəaliyyətinin” bərpası üçün noyabrın 18-də onun təqdim etdiyi yol xəritəsinin icrasına başlanacaq.

Baş nazir bunu da deyib ki, martın 26-da habelə təhlükəsizlik şurasının üzvləri “təhlükəsizlik və gələcəyə baxışla” bağlı məsələləri müzakirə edəcəklər.

XS
SM
MD
LG