Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

Paşinyan Putinə ‘Qarabağ probleminin həll olunmadığını’ da xatırladıb (Video)


Paşinyan və Putinin Moskvda görüşündən son xəbərlər
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Paşinyan və Putinin Moskvda görüşündən son xəbərlər

Aprelin 7-də Moskvada Rusiya prezidenti Vladimir Puitinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu görüşdə Paşinyan bir daha Azərbaycanda saxlanan erməni əsirlər məsələsini qaldırıb:

“Bizim dəfələrlə müzakirə etdiymiz kimi 9 noyabr bəyanatına görə bütün girovlar, hərbi əsirlər və başqa saxlanan şəxslər vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanın hələ də saxladığı şəxslər var. Mən şadam ki, bu məsələnin həllinə dair bizim mövqelərimizdə fərq yoxdur”.

Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Qarabağ müharibəsinin bütün hərbi əsirlərinin məsələsi “hamını hamıya” prinsipi ilə həll olunmalıdır.

Azatutyun Rusiyanın RBK agentliyinə istinadən Azərbaycanda hələ də 140-dək erməni hərbi əsirin saxlandığını iddia edir.

Putinlə Paşinyan Qarabağı müzakirə ediblər
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Moskvanın “sonraya” saxladığı məsələ

Məqalədə deyilir ki, Moskva və Yerevanın mövqeləri bir məslədə də üst-üstə düşür: Bu Qarabağ münaqişəsinin yekun tənzimlənməsi məsələsidir.

Azatutyun yazır ki, Yerevan bu məsələnin hələ də həll olunmadığını dəfələrlə bəyan etsə də, Moskva bu məsələnin hələ vaxtının çatmadığını bildirir.

Aprelin 7-də keçirilən görüşdə Nikol Paşinyan bu məsələni bir daha qaldırıb:

“Çox mühümdür ki, biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı baxışlarımızı müzakirə edək. Təəssüf ki, problem həll olunmayıb və biz bu məsələ barədə danışmalı, gələcəyə olan baxışlarımızı müzakirə etməliyik”.

Bakıda bir qrup jurnalist Rusiya səfirliyinə müraciət edib
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Rusiya-Ermənistan qoşun birləşməsinin “bəzi nyuansları”

Azatutyun yazır ki, Paşinyan Putinlə görüşdə Ermənistanda yeni atom elektrik stansiyasının tikilməsinin mümkünlüyü məsələsi barədə də danışıb.

O xatırladıb ki, Türkiyə tez-tez Metsamor stansiyasının bağlanması məsələsini qaldırır.

Danışıqların əsas hissəsi bağlı qapılar arxasında aparılıb.

Lakin Paşinyan söhbətin açıq hissəsində Rusiya-Ermənistan birgə qoşun birləşməsinin fəaliyyəti ilə bağlı “bəzi nyuansları” müzakirə etmək istədiyini bildirib.

Ermənistan baş naziri konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin əlavə edib ki, Rusiya və Ermənistanın hava hücumundan birgə müdafiə sistemi var.

Putin söhbəti regionda bərpa işlərinə yönəldib

Putin öz növbəsində əsasən regionda ticari-iqtisadi əlaqələrin, nəqliyyat marşrutlarının bərpasından və bunun Ermənistan üçün açdığı perspektivlərdən və faydalardan danışıb.

Putin bir daha xatırladıb ki, Ermənistan iqtisadiyyatına qoyulan bütün investisiyaların 40 faizə qədəri Rusiyanın payına düşür.

Bundan əvvəl RBK öz mənbələrinə istinadən bildirmişdi ki, mövcud fikir ayrılıqlarına görə üçtərəfli komissiya regionda nəqliyyat marşrutlarının açılması barədə qərar qəbul edə bilmir.

Ermənistan tərəfi Meğriyə dəmir yolu tikintisi ilə eyni vaxtda İcevana dəmir yolu xəttinin çəkilməsini və Bakı-Tbilisi-Yerevan dəmir yolu xəttinin bərpasını istəyir.

***

Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlayb. Bu haqda Paşinyanın mətbuat katibi Mane Gevorkyan məlumat verib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. Bu haqda onun mətbuat katibi Mane Gevorkyan məlumat yayıb.

Aprelin 7-də Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşməlidir.

Gevorkyan deyib ki, iki ölkə lideri ikitərəfli münasibətlərdə əsas məsələləri, o cümlədən ticari-iqtisadi əlaqələri, energetika, strateji investisiyalar və səhiyyəni müzakirə edəcək.

“Görüşün gündəliyinə Qarabağda 9 noyabr üçtərəfli atəşkəs razılaşmasının müddəalarının icrası, onların reallaşma prosesi, humanitar xarakterli məsələlər də salınıb”, – Gevorkyan Facebook-da yazıb.

Paşinyan səfər öncəsi “İnterfaks” agentliyinə müsahibəsində Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin yetərincə zəngin və əhatəli olduğunu deyirdi. Onun sözlərinə görə, “bu münasibətlərin xarakteri vaxtından əvvəl seçkilərin nəticəsindən asılı deyil”.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini geri ala bilib. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Atəşkəs razılaşmasından sonra Ermənistanda etirazlar başlanıb, müxalifət Paşinyanı müharibənin nəticələrinə görə ittiham edib. İyunun 20-də növbədənkınar parlament seçkisi keçirməklə bağlı razılıq əldə olunub.

XS
SM
MD
LG