Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:20

Sərhədə göndəriləcək Aİ missiyasının neçə üzvü olacaq


Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Ermənistan-Azərbaycan sərhədində avropalı müşahidəçilər: Yerevanda bunu öz uğurları sayırlar

Bu aydan başlayaraq maksimum iki ay müddətinə gerçəkləşəcək missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir

Azərbaycan-Ermənistan sərhədinə göndəriləcək missiyanın tərkibiylə bağlı razılıq əldə olunub. Bu haqda AzadlıqRadiosu Avropa İttifaqındakı (Aİ) mənbələrdən məlumat əldə edib.

Tərəflər sərhədə missiya göndərilməsinə oktyabrın 6-da Praqa sammitində razılıq veriblər.

Missiya üzvlərinin sayı 50 nəfərdən az olacaq, mənbələr belə deyirlər.

Məlumata görə, Gürcüstandakı Aİ sərhəd missiyasının bəzi üzvləri Ermənistana köçəcək. Ümumilikdə isə missiyada Aİ-nin bütün üzvlərindən təmsilçilərin olacağı bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Prezidenti Şarl Mişelin Praqada dördtərəfli görüşü, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində keçirilib. Həmin görüşdən sonra yayılan açıqlamada Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulanırdı.

Sərhədə mülki Aİ missiyası göndərilməsi üzrə razılıq da həmin görüşdə əldə olunub. Bu aydan başlayaraq maksimum iki ay müddətinə gerçəkləşəcək missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.

Sentyabrın ortasında sərhəd toqquşmalarında Azərbaycan 79, Ermənistan azı 207 hərbçisini itirdiyini açıqlayıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda, provokasiyada ittiham ediblər.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

Ancaq Azərbaycanla Ermənistan indiyədək sülh sazişi imzalamayıblar. Prezident İlham Əliyev Praqa samittindən sonra bu ilin sonunadək sülh sazişinin imzalana biləcəyini istisna etməyib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG