Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:47

Ukrayna Donetskdə bir kəndi azad etdiyini deyir


Ukrayna hərbçisi
Ukrayna hərbçisi

Ukrayna qüvvələri cəbhənin bir sıra yerlərində ağır döyüşlərə cəlb olunub, cənubi Zaporojye regionunda isə Kiyevin əkshücumu sürət yığır.

Ordunun məlumatına görə, son 24 saat ərzində Ukrayna əsgərləri azı 30 əlbəyaxa döyüşə qatılıb, Rusiya qüvvələrinin şərqi Donetsk vilayətində Lıman ərazisində irəliləməsi önləyiblər. Donetskdə Baxmut və Avdiyevkada da Rusiyanın hücumlarının dəf olunduğu xəbər verilir.


Staromayorske kəndinin azad olunduğu bildirilir

Prezident Volodimir Zelenski iyulun 27-də bildirib ki, Ukrayna qüvvələri Donetskdə bir kəndi azad ediblər. Zelenskinin sosial mediada paylaşdığı videoda əsgər deyir ki, Staromayorske kəndi azad olunub. Ancaq videonu müstəqil təsdiqlətmək mümkün olmayıb.

Bu kənd iyunun əvvəlində əkshücum başlayanda Ukraynanın yenidən nəzarətə aldığı kiçik yaşayış məntəqələrindən cənubda yerləşir.

Ukrayna ordusu Rusiyanın tutduğu cənub-şərqdə əkshücumun durumuyla bağlı məhdud informasiya verir. Ancaq ABŞ-ın iki rəsmisi iyulun 27-də CNN-ə deyib ki, Ukrayna əraziyə daha çox əsgər və silah göndərir. Bu, Kiyevin Rusiyanın müdafiə xəttində potensial zəif nöqtə tapmasının əlaməti ola bilər.

Rusiya Prezidenti Vladimir Putin iyulun 27-də etiraf edib ki, Ukraynanın cənub-şərqi Zaporojye vilayətində döyüş “əhəmiyyətli dərəcədə qızışıb”, amma o, Ukraynanın hücumunun uğursuz olduğunu iddia edib.

Ancaq Putinin dediklərini müstəqil təsdiqlətmək mümkün olmayıb.

Zelenski Odessaya gedib

Zelenskinin idarəsi prezidentin iyulun 27-də axşam Odessada tarixi kilsəyə baş çəkdiyini açıqlayıb. Bu kilsə iyulun 23-də Rusiyanın endirdiyi zərbə nəticəsində zədələnib.

Zelenski həmçinin Odessa, Dneprdə, Mikolayev regionunda xəstəxanalara gedib, orada müalicə olunan ukraynalı hərbçilərlə görüşüb.

Diplomatik cəbhəyə gəlincə, Yaponiya iyulun 28-də elan edib ki, Rusiyaya sanksiyaları genişləndirir, digər məhsullarla yanaşı elektrik maşınlarının ixracına da qadağa qoyur.

Baş nazir Fumio Kişidanın iyulun 28-də təsdiqlədiyi məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək.

Yaponiya indiyədək Rusiyaya bir sıra məhsulların ixracını qadağan edib.

XS
SM
MD
LG