Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Müstəntiq: 'Əfqan Muxtarlı həbsdən buraxılacağı halda...'


Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman
Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman

İyunun 20-də Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması haqda vəkili Elçin Sadıqovun vəsatətinə baxılıb. Hakim Babək Pənahov vəsatəti təmin etməyib.

Əfqan Muxtarlının işi üzrə istintaq qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Həsən Nağıyev vəsatətə etiraz edib. Bildirib ki, Əfqan Muxtarlı həbsdən buraxılacağı halda, onun ölkədən qaçmaq ehtimalı var.

Buna da bax:​ Əfqan Muxtarlının görüntüləri montaj edilib?

Əfqan Muxtarlı müstəntiqin arqumentinə etiraz edib.

"Prokurorluq mənim ölkədən qaça biləcəyim arqumentini irəli sürməklə, öz hökumətlərinə şər atır. Bizim sərhədlərimiz aşsüzəndi ki, hamı o tərəf-bu tərəfə qaçsın?"

Hakim qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını açıqlayıb.

Elçin Sadıqov bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Buna da bax:​ Xədicə İsmayıl da Əfqan Muxtarlı işinə görə ifadə verib

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Buna da bax:​ 'Gürcüstan... kəndirbaza bənzəyir'-filosof

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG