Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:48

Avropa pandemiyanın ən ağır dövrünün keçilməkdə olduğunu deyir


Pristinada müqəddəs Terezanın heykəli
Pristinada müqəddəs Terezanın heykəli

İspaniya hökuməti bildirib ki, ölkə koronavirus epidemiyasının ən ağır mərhələsini keçməkdədir.

Aprelin 9-da İspaniya parlamenti ölkədə fövqəladə vəziyyətin müddətini daha 15 gün, aprelin 26-dəkuzatmaq barədə qərar qəbul edib.

Baş nazir Pedro Sánchez millət vəkillərinə deyib ki, “yanğın nəzarət altına gəlir” və onun ölkəsi virus üzərində “tam qələbə” çalacaq.

İspaniyada Avropa üzrə koronavirusa yoluxanların rekord sayı qeydə alınıb. Aprelin 9-na olan məluimata görə bu ölkədə indiyədək 152,446 nəfər COVID-19 virusuna yoluxub.

Bunlardan 15,238 nəfəri vəfat edib.

Ölümlər azalır

Son 24 saat ərizində İspaniyada 683 ölüm qeydə alınıb. Bu aprelin 8-də qeydə alınmış 757 ölümdən bir qədər azdır.

İspaniya koronavirusa yoluxmalara görə yalnız hazırda 400 min yoluxma qeydə alınmış Birləşmiş Ştatlardan geridə qalır.

İspaniya pandemiya ilə bağlı bütün Avropada ən sərt məhdudiyyətlər tətbiq etmiş ölkələrdən biridir.

Lakin baş nazir bu sərt tədbirlərin bəhrə verdiyini söyləyib.

Beləliklə cənab Sánchez vəziyyətin stabilləşməyə doğru getdiyini dilə gətirən növbəti Avropa lideri olub.

Tədrici çıxış

Hazırda bir sıra Avropa ölkələri məhdudiyyət və karantinlərin tədricən necə yumşaldılacağı barədə düşünür.

Avropa Komissiyası üzv ölkələrin karantin tədbirlərindən çıxmasını əlaqələndimək üçün yol xəritəsinin hazırlanmasına çalışır.

Lakin Avropa ölkələri artıq karantin qaydalarının tədricən yumşaldılması məsələsini müzakirə edirlər.

Xristian dünyasında əziz bayramlardan biri olan Pasxa ərəfəsində ölkə liderləri daha nikbin bəyanatlar verirlər.

Avstriya və Çex Respublikasında gələn həftə kiçik dükanların açılması nəzərdə tutulur.

Danimarkada məktəb və bağçalar aprelin 15-də, Norveçdə isə aprelin 20-də açılmalıdır.

Əgər alimlər icazə versələr…

Almaniyanın səhiyyə naziri Jens Spahn aprelin 9-da deyib ki, indiki müsbət meyllər davam edərsə, Pasxadan sonra “normal həyata tədricən qayıdılmasına” başlana bilər.

İsveçrədə gündəlik ölüm hallarının sayı bir həftədir ki, azalır. Belçikada isə aprelin 9-da ilk dəfə olaraq ölüm hallarının sayı azalıb.

Bütün dünya üzrə ən yüksək ölüm rəqəmlərinin qeydə alındığı İtaliya da məhdudiyyətlərin azaldılması barədə düşünür.

Amma baş nazir Giuseppe Conte xəbərdarlıq edib ki, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır:

"Biz əvvəlcə fəaliyyətini bərpa edəcək sektorları müəyyən etməliyik. Əgər alimlər razılıq versələr, biz bu ayın sonunadək bəzi tədbirləri yumşalda bilərik”.

Koronavirusdan sağalan Elvin Əliyev başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Pasxa narahatlığı

Avropada narahatlıq qarşıdan gələn Pasxa həftəsonundandır. Adətən həmin günlərdə adamlar yaxınlarını görmək üçün yola çıxırlar.

Buna görə də bir sıra ölkələr vətəndaşlarını Pasxada heç yerə getməməyə çağırıblar.

Avstriya kansleri deyib ki, gözəl havalar hələ qonaqlıqların keçirilməsi üçün şərt deyil.

O bildirib ki, vəziyyət “qorxulu və aldadıcı olaraq qalır və virus hələlik məğlub edilməyib”.

Portuqaliya isə Pasxa günlərində adamların evlərindən çıxmasına qəti qadağan qoyub.

Bununla belə Portuqaliyanın baş naziri də nəsə müsbət bir xəbər çatdırmaq istəyib.

António Costa güman etdiyini bildirib ki, məktəblər mayın 4-də açıla bilər.

XS
SM
MD
LG