Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

Putin Erdoğana 'təzə heç nə' deməyib


Recep Tayyib Erdoğan (solda) və Vladimir Putin
Recep Tayyib Erdoğan (solda) və Vladimir Putin

Reuters agentliyi Türkiyə prezidenti administrasiyasına istinadən xəbər verir ki, Recep Tayyip Erdoğan fevralın 21-də Rusiya dövlət başçısı Vladimir Putinlə telefon söhbətində Suriya hökumət qoşunlarının hücumunun dayandırılmasının və Suriyanın İdlib qəzasında mümkün humanitar böhranın qarşısının alınmasının zəruriliyini vurğulayıb.

Məlumata görə Erdoğan Putinə deyib ki, 2018-ci il Soçi razılaşmasının tam icra edilməsi qiyamçıların nəzarətində olan regionda döyüşlərə son qoya bilərdi.

Reuters-in yazdığına görə prezident administrasiyasının məlumatından belə görünür ki, Putin Erdoğanla söhbətində təzə heç nə deməyib.

Rusiya dövlət telekanallarının məlumatına görə Putin telefon söhbəti zamanı deyib ki, başlıca şərt Suriyanın suverenliyi və ərazi bütövlüyüdür.

Rusiya prezidenti İdlibdəki anti-Assad qüvvələrinin hərəkətlərindən narahatlığını ifadə edib.

İki prezident Liviya məsələsini də müzakirə ediblər. Liviyada da Ankara və Moskva qarşıduran tərəfləri dəstəkləyirlər.

Putin bildirib ki, Liviya münaqişəsi Berlində keçirilmiş yanvar konfransının prinsipləri əsasında həll olunmalıdır.

Erdoğan Merkel və Macron-dan kömək istəyir

Bu arada xəbər verilir ki, Erdoğan Suriyanın İdlib qəzasında humanitar böhranın önlənməsi üçün Fransa və Almaniya liderlərindən “konkret” dəstək istəyib.

Onlarla telefon söhbətlərində Erdoğan deyib ki, Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının İdlibdə hücumu davam etdirməsi yüz minlərlə insanı evlərindən didərgin sala və Moskva, Ankara və Dəməşq arasında birbaşa qarşıdurmaya gətirib çıxara bilər.

Fevralın 20-də Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel İdlibdəki vəziyyətlə bağlı narahatlıqlaırnı ifadə etmək üçün prezident Vladimir Putinə zəng ediblər.

Almaniya hökuməti bildirir ki, kansler İdlibdəki münaqişəyə son qoyulmasına çağırıb.

Merkel və Macron Putinə onunla görüşərək vəziyyəti müzakirə etmək istədiklərini bildiriblər.

Erdoğan üçün şəxsi məsələ

“Amerikanın səsi” radiosunun xəbərinə görə Kreml rəsmiləri Rusiya və Türkiyə arasında birbaşa münaqişənin qarşısının alınacağına ümid etdikllərini bildirsələr də, deyiblər ki, əgər Türkiyə Assad qüvvələrinə qarşı hərbi əməliyyatlarını genişləndirsə, Moskva Dəməşqə dəstək verəcək.

Lakin Erdoğan da bəyan edib ki, Suriya prezidenti Assad İdlibdəki hücumu dayandırmasa, Türkiyə qoşunları ilə üzləşməli olacaq.

Buna cavab olaraq Rusiyanın müdafiə rəsmiləri Türkiyəni “terrorçuların hərəkətinə dəstək verilməsinə son qoymağa” çağırıblar.

Təhlilçilər bildirirlər ki, İdlibdəki planlarının pozulması Erdoğan üçün şəxsi məğlubiyyət ola bilər.

Digər tərəfdən Assad-ın məğlubiyyəti Moskva üçün yolverilməzdir.

Erdoğanı yenidən Qərb düşərgəsinə çəkmək

Fevralın 21-də Ankarada dolaşan söhbətlərdən məlum olur ki, Erdoğan Suriya sərhədində Patriot raketlərinin yerləşdirilməsi üçün Vaşinqtona səslənib.

ABŞ prezidenti Donald Trump fevralın 18-də Erdoğanı dəstəkləyərək demişdi ki, Türkiyə prezidenti Suriyanın şimalında çox sayda insanın tələf olmasını istəmir.

Bəzi təhlilçilərin qənaətinə görə Trump Suriyada baş verənlərə ciddi maraq göstərir.

Bir sıra ABŞ rəsmiləri İdlibdəki münaqişənin qızışmasını Erdoğanın yenidən Qərb düşərgəsinə qaytarılması üçün fürsət kimi görürlər.

Lakin bəzi ABŞ rəsmilərinin dediyinə görə, Trump Birləşmiş Ştatların yenidən Yaxın Şərq münaqişələrindən birinə cəlb olunmasını istəməzdi.

XS
SM
MD
LG