Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:21

ABŞ politoloqu: “Bir müddət sonra Azərbaycan bütün Qarabağda suverenliyini bərpa edəcək” (VIDEO)


Kəlbəcər 3 günə Azərbaycana təhvil veriləcək. Ermənilər köçürülür
Gözlə

No media source currently available

0:00 0:10:03 0:00

Kəlbəcər 3 günə Azərbaycana təhvil veriləcək. Ermənilər köçürülür

Azərbaycan Ordusu Şuşadan sonra hərbi əməliyyatları davam etdirə və Dağlıq Qarabağın qalan hissəsini də nəzarətə ala bilərdimi?

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Paul Goble AzadlıqRadiosuna deyir ki, bu halda Ermənistanda yeni qaçqınlar yaranacaqdı və ölkədə sabitlik daha da pozulacaqdı, ona görə də Moskva Ermənistanı tamamilə itirməmək üçün kompromis həll təklif etdi:

“İndiki razılaşma Azərbaycan üçün tam qələbə demək deyil, prosesin sonu da deyil, sülh deyil, növbəti atəşkəsdir. Amma zaman keçdikcə, Azərbaycan güclənir və bir müddət sonra Azərbaycan bütün Qarabağda effektiv suverenliyini bərpa edəcək. Bu müddət ərzində isə Naxçıvan və Azərbaycan arasında dəhlizin əhəmiyyətini gücləndirəcək və bunlar üzərində bir növ suverenlik bərpa edəcək”.

Qeyd edək ki, Paul Goble 1990-cı illərin əvvəlində Azərbaycanla ermənistan arasında ərazi mübadiləsi nəzərdə tutan planın müəllifidir.

Həmin planda Laçında Qarabağdakı erməni anklavına, Ermənistanın cənubunda isə Azərbaycandan Naxçıvana dəhliz verilməsi nəzərdə tutulurdu. O həm də bir müddət Azərbaycan Diplomatik Akademiyasının keçmiş departament direktoru olub.

"Bayden Rusiya sülhməramlılarına etiraz edə bilər" Keçmiş ABŞ diplomatı P.Qobl şərh edir.
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

"Əliyev niyə bunu etdi?"

Goble deyir ki, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında Rusiyanın Ermənistana silah göndərməsini dəfələrlə qeyd etmiş olsa belə, ona görə sonda Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə nail oldu ki, ona çox vacib bir təklif- Naxçıvana dəhliz təklif olundu.

“Əliyev niyə bunu etdi? Məncə, o, çox istədiyi bir şeyi əldə etdi - Naxçıvana dəhliz. Əliyevlər naxçıvanlıdır. Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur. İlham Əliyevə bu koridor təklif olundu və bu çox cazibədar təklifə yox deyə bilmədi. Bundan başqa da, əgər ordu irəliləməkdə davam etsəydi, Rusiya Ermənistanın cənubuna - Zəngəzura kütləvi qoşun tökəcəkdi və Azərbaycana imkan verməyəcəkdi irəli getməyə”.

"Rusiyanın Azərbaycana sühməramlı gətirməsi beynəlxalq hüquqa ziddir"

Paul Goble deyir ki, Rusiyanın Azərbaycana sühməramlı gətirməsi beynəlxalq hüquqa ziddir, çünki Rusiya burda maraqları olan tərəfdir. Onun fikrincə, eləcə də Türkiyənin də regionda sülhməramlı rolunda çıxış etməsi beynəlxalq hüquqa zidd olardı.

Paul Goble hesab edir ki, ABŞ buna öz etirazını bildirməli idi. O ümid edir ki, ABŞ-da yeni seçilən prezident Joe Biden administrasiyası gələn ildən fəaliyyətə başlayanda beynəlxalq hüququn təmin edilməsi və Rusiya sülhməramlılarının neytral qüvvələrlə əvəzlənməsi təklifi ilə çıxış edəcək. Onun fikrincə, Rusiya bu fürsətdən istifadə edib Cənubi Qafqazda oyun oynaya bilər:

“Məsələn, təxribatlar edilə bilər- tərəflər birinə hücum edə bilər. Məncə, Rusiyanın Ermənistanı məcbur etməsinin bir səbəbi də budur: Rusiya qorxur ki, Ermənistan bir vaxtlar etdiyi kimi Asala terror hücumlarına geri dönə bilər. Qarabağ daxilində belə təxribatlar edilsə, elə görünəcək ki, bunu Türkiyə edir, Azərbaycan edir. Bu halda, Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edə bilər”.

Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri atəşkəs razılaşması imzalayıb və sentyabrın 27-də Qarabağda başlamış döyüşlər başa çatıb. Azərbaycan 90-cı illərin əvvəlində işğal olunmuş 200-dən çox yaşayış məntəqəsini azad etdiyini bildirib.

Atəşkəs razılaşmasına görə, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Bundan başqa, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

XS
SM
MD
LG